Rusiyalılar Ümumrusiya Xalq Cəbhəsi (ÜXC) vasitəsilə Ukraynaya qarşı müharibəni dəstəkləmək üçün könüllü olaraq təxminən 70 milyard rubl köçürüblər.
Bizim.Media xəbər verir ki, bunu "Hər şey qələbə üçün" forumunda çıxış edən Vladimir Putin bildirib.
"Siz öz ətrafınızda Rusiya Federasiyasının 20 milyondan çox vətəndaşını birləşdirmisiniz və vətəndaşlar sizə inanaraq könüllü şəkildə xüsusi hərbi əməliyyatın məqsədləri üçün təxminən 70 milyard rubl yönəldiblər", - deyə o qeyd edib.
Putin həmçinin bəyan edib ki, Rusiya maliyyə sistemini gücləndirməyə, Silahlı Qüvvələrini təkmilləşdirməyə və müdafiə-sənaye kompleksində yeni nəticələr əldə etməyə davam edir.
Putinin bu bəyanatı dövlətin müharibə xərclərinin artmaqda davam etdiyi bir vaxtda səslənib.
Bizim.Media