“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, “Qalatasaray” yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə “Fotomaç” nəşri məlumat yayıb.
İstanbul klubunun 27 yaşlı futbolçu üçün danışıqlara başladığı bildirilib.
“Cim-bom” Reyndersi icarəyə götürmək istəyir. “Şəhərlilər” bununla razılaşmazsa, klub birdəfəlik transfer üçün 40 milyon avro təklif edəcək.
Ticani Niderland yığması ilə dünya çempionatında iştirak edib. O, mundialda 3 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Niderland dünya çempionatında pley-offda Mərakeşə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.
Bizim.Media