Azərbaycan BMT-yə səsləndi: “Hərbi cinayətlər törədən ermənilər qanun qarşısında cavab verməlidir”

Azərbaycan Ermənistanın hüquq pozuntuları ilə bağlı BMT-ni müvafiq tədbirlər görməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

XİN rəsmisi qeyd edib ki, 30 ilə yaxın dövr ərzində keçmiş münaqişənin siyasi və hüquqi yolla tənzimlənməsi prosesindən, habelə Azərbaycanın bu prosesə sadiqliyindən öz məqsədləri üçün sui-istifadə edən Ermənistan tərəfi həm işğal dövründə, həm 2020-ci il Vətən müharibəsində, həm də post-münaqişə dövründə müxtəlif təxribatlar yolu ilə Azərbaycanın mülki əhalisinə, qadınlara və uşaqlara qarşı ağır müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları həyata keçirib:

"Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, cəsədlərlə pis rəftar etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur.
Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxsi xüsusi qəddarlıqla qətlə yetirib, bu günədək itkin düşmüş və əsirlikdə olmuş 3800-dən yuxarı azərbaycanlının taleyi barədə Ermənistan tərəfindən heç bir məlumat verilməyib. 2020-ci oktyabrında beynəlxalq QHT-lər tərəfindən də sənədləşdirilmiş Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib.

Ermənistan hökuməti törədilən hərbi cinayətlərin qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməli tədbirlər görməyib və görmək niyyətini də bildirməyib. Ermənistan tərəfindən cinayət işlərinin açılmaması bir çox beynəlxalq təşkilatların, Avropa Şurasının xüsusi məruzəçinin hesabatında da qeyd olunub".

"Qeyd edilənlər nəzərə alınaraq, Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq. Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir, bu istiqamətdə BMT-nin aidiyyəti qurumlarını müvafiq tədbirlər görməyə çağırırıq", - A.Hacızadə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB - FOTO/VİDEO

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB - FOTO/VİDEO

Portuqaliyalı qapıçı “Kəpəz”ə qayıtdı

Portuqaliyalı qapıçı “Kəpəz”ə qayıtdı

DİM sosial şəbəkələrdə yayılan iddiaları təkzib etdi: "Beynəlxalq dil sertifikatları tanınır"

DİM sosial şəbəkələrdə yayılan iddiaları təkzib etdi: "Beynəlxalq dil sertifikatları tanınır"

Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — “Kristal”ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə

Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — “Kristal”ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə

End of content

No more pages to load

RADİO