“Azərbaycan sülhə və Ermənistanı iqtisadi layihələrə cəlb etməyə hazırdır” - Elçin Əmirbəyov 

“Azərbaycan Ermənistanı müxtəlif regional iqtisadi layihələrə cəlb etməyə hazırdır, bu isə etimadın möhkəmləndirilməsi üçün əsas rolunu oynayacaq və uzunmüddətli sülhə zəmanət verəcək”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov "Irish News" qəzetinin müxbiri Deqlan de Breaduna (Deaglán de Bréadún) müsahibəsində deyib.

“Azərbaycan açıqlığa və Ermənistanı regionda həyata keçirilən müxtəlif iqtisadi layihələrə cəlb etməyə hazırdır. Bu, etimadı möhkəmləndirə və münaqişənin gələcəkdə təkrarlanmayacağına zəmanət verə bilər”, - o qeyd edib.
Birinci vitse-prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistan ilə sülhün bərqərar olması üçün unikal fürsət yarandığına inanır.

E.Əmirbəyov bildirib ki, Ermənistan bu yanaşmanı bölüşmür:

"Belə ki, bu dövlətin siyasi elitasının bəzi nümayəndələri 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində düçar olduqları məğlubiyyətin revanşı kimi münaqişəni bərpa etməyə can atırlar. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ adından Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dörd yüksək səviyyəli görüş təşkil edib, lakin bir neçə ay əvvəl Ermənistan rəsmi Brüsselin danışıqlar prosesində vasitəçiliyini açıq şəkildə rədd edib".

Birinci vitse-prezidentin köməkçisi Laçın yolu haqqında da danışaraq bu yolda humanitar məqsədlər - tibbi vasitələrin, ərzaq məhsullarının və s. daşınması üçün maneəsiz keçidin təmin edildiyini diqqətə çatdırıb:

“Bizim prinsipial olaraq razılaşa bilmədiyimiz məqam bu yoldan silahların, minaların və hərbi personalın daşınması üçün istifadə edilməsilə bağlıdır, çünki bu, prinsipcə, sülh səylərinin fəlsəfəsinə tamamilə ziddir.

Lakin son iki ildə ermənilər bu yoldan müxtəlif hərbi məqsədlər - mina və silahların daşınması, eləcə də hələ də Qarabağ ərazisində olan 10 min hərbçinin yerdəyişməsi üçün istifadə ediblər. Ermənistan faktiki olaraq yeni müharibəyə hazırlaşır”.

E.Əmirbəyov Azərbaycanın Ukraynadakı müharibə ilə bağlı mövqeyi haqqında da sualı cavablandıraraq rəsmi Bakının ilk gündən Ukraynanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığına, həmçinin suverenliyinə qeyd-şərtsiz dəstək nümayiş etdirdiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

End of content

No more pages to load

RADİO