İran Ermənistanla sərhəddimizdə TƏXRİBAT hazırlayır: Gecə postlara hücum ediləcək və... – PLANIN İFŞASI

Fevralın 8-də İran və Ermənistanın Azərbaycanın sərhəd bölgələrində təxribata hazırlaşdığı ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media xəbər verir ki, “haqqin.az” saytı bu barədə diplomatik mənbələrə istinadla məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanla İran Laçın və Qubadlıya hücum hazırlayır


Məlumatda hücum planı, hansı istiqamətdə təxribatların törədiləcəyi ilə bağlı bütün detallar öz əksini tapıb.

İyrənc planın ifşası

Hazırlanan plana nəzər salmaq mümkün təxribatın miqyasını və məqsədlərini görməyə kifayət edir. Digər tərəfdən, təxribat üçün regionun bədnam tandeminin seçdiyi metod da öz rəzilliyi ilə seçilir. Plana görə, təxribatda SEPAH-ın 30 hərbçisi iştirak edəcək. Həmin hərbçilərin iki qrup formasında hərəkət edəcəyi gözlənilir.

Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək.

Azərbaycan ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. 

Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın “Şaheed” kamikadze pilotsuz uçuş aparatlarından istifadə edilməsi də mümkündür.

Digər önəmli məqam isə, bu təxribatın hansı məqsədlə təşkil olunmasıdır. Planı hazırlayanlar bəllidir, İran və Ermənistan. Üstəlik, Azərbaycan mətbuatında təxribat planı ifşa olunduqdan sonra Ermənistan və İran rəsmilərinin əl-ayağa düşmələri də iddiaların reallıq ehtimallarını artırır. Belə ki, məlumat yayılandan sonra Ermənistan Müdafiə Nazirliyi dərhal açıqlama verərək, məlumatı təkzib edib.

Təxribatın məqsədləri

Ermənistan tərəfinin təxribatlar törətməkdə başlıca məqsədi, Azərbaycanın növbəti “təcavüz aktı” və Azərbaycan ordusunun “vəhşilikləri” ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir.

İran tərəfi bu təxribata qol qoymaqla öz qüvvələrini Ermənistan ərazisində yerləşdirməyi hədəfələyir.

Bu İranın Zəngəzur dəhlizi qorxusundan qaynaqlanır. İran hər vəchlə Azərbaycanın Naxçıvana birbaşa kommunikasiyasına mane olmağa çalışır. Molla rejiminin məqsədinə çatmaq üçün hər yola baş vura biləcəyinə dair tarixdə yetirəncə faktlar var. Çox uzağa getməyək, ötən ilin sonlarında Xankəndinə göndərilən iranlı diversantları xatırlatmaq yetərlidir.

Fars-erməni duetinin təxribat planın ikrah doğuran yanları da yetərincədir. Göründüyü kimi, regionun bədnam qardaşları öz siyasi məqsədlərinə çatmaq üçün hərbçilərini belə qurban verməkdən çəkinmirlər. Çünki 30 SEPAH hərbçisinin çoxu böyük ehtimalla kamikadze funksiyasını daşıyır və onların ölümü labüddür. Digər tərəfdən, erməni postuna da hücum olacaq ki, bu da ciddi itkilərin olacağı deməkdir.

Yəni, bölgənin saqqalı uşaqlarının, Xamenei və Paşinyan iqtidarının gerçək siması budur. Onlar üçün siyasi maraqları, Azərbaycana düşmənlik öz vətəndaşlarının həyatlarından daha önəmlidir.

Bu cür faşist düşüncəsilə hərəkət edən rejimlərin sonu da adətən eyni olur. Böyük sınaqlar, adətən müharibələr onların sonunu gətirir. Görünür, fars-erməni şovinistləri də savaş istəyir və tarixdəki bütün analoqları kimi sonlarının yaxınlaşdığının fərqində belə deyillər...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

End of content

No more pages to load

RADİO