İsveçrə səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Fevralın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə səfiri Muriel Peneveyreni ölkədəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. 

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional və beynəlxalq vəziyyət müzakirə olunub. 

Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət, bağlantılar, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafını qeyd edən nazir bu istiqamətdə göstərdiyi səylərə görə səfir Muriel Peneveyreyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. 

C.Bayramov həmçinin postmünaqişə dövründə regionda vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. 
Ermənistanın postmünaqişə dövründə sülh gündəliyinə xələl gətirən addımları, o cümlədən Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, bu kimi təxribatlara, habelə Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanmış əsassız iddialarına baxmayaraq Azərbaycanın sülh prosesində qərarlı olduğunu bildirib. 

Nazir eyni zamanda mina təhdidləri barədə ətraflı məlumat verib. Laçın yolu ətrafında yaranmış vəziyyətin blokada və ya humanitar vəziyyətə mənfi təsir etməsi barədə iddiaların əsassız olduğu barədə misalları diqqətə çatdırıb. 

M.Peneveyre Azərbaycan və İsveçrə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, bu xüsusda səylərin gücləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

O, ötən il diplomatik münasibətlərin 30 illiyi tədbirlərini, ikitəRəfli komissiyanın işini, yüksək səviyyəli səfərləri məmnunluqla xatırlayıb. Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində normallaşma gündəliyinin və sülh sazişi üzrə danışıqların davam etməsinin vacibliyi qeyd olunub. 
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

End of content

No more pages to load

RADİO