“Azərbaycan Prezidentinin təklifi haqlı və ədalətli təşəbbüsdür” – Tofiq Zülfüqarov

Azərbaycan Prezidenti İlham Əliyev Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edərkən bildirib ki, Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılması vacibdir:

“Azərbaycan Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış edib”.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.
Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da qeyd edir ki, Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT TŞ-nin daimi üzvlərindən biri olması təklifi haqlı və ədalətli təşəbbüsdür:

“BMT ən yüksək səlahiyyətə malik beynəlxalq təşkilatdır. Struktur baxımdan digər regional təşkilatlar isə BMT ilə bəzən saziş əsasında müxtəlif əlaqələr qurur. Bu sayaq regional saziş təşkilatları çoxsaylıdır.

Hansı ki, onların arasında Qoşulmama Hərəkatı kimi böyük və nüfuzlu təşkilatla yanaşı, kiçikləri də vardır. Qoşulmama Hərəkatı üzv ölkələrin sayına görə BMT-dən sonra ikinci təşkilatdır. Bu mənada həmin təşkilatın BMT ilə əməkdaşlığının hansısa daha yüksək səviyyəyə qalxmasında maraqlı olması başa düşülən və haqlı istəkdir.

Qoşulmama Hərəkatına sədrlik edən dövlətlərin rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olması təşəbbüsü əslində digər təşəbbüslər çərçivəsindədir. Çünki artıq bir neçə onillikdir ki, BMT-də islahatların vacibliyi məsələsi önə çəkilir. BMT-nin bir sıra üzvləri TŞ-nin daimi üzvlərinin sayı və tərkibinin, səlahiyyətlərinin dəyişməli olduğunu bəyan edirlər”. 

Bu baxımdan həmsöhbətimizə görə BMT-də islahatlar gündəmdədir və gec-tez bu baş verəcək: 

“Azərbaycan iki müddətdir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Bu mənada Azərbaycan tərəfindən səslənən sözügedən təşəbbüs müxtəlif səviyyələrdə dəstək alaraq hansısa nəticə verə bilər. Hər halda, tək Azərbaycan deyil, çoxsaylı digər ölkələr də buna ümid bəsləyir.  

İkinci Dünya Müharibəsindən keçən müddət ərzində artıq dünyada siyasi, geopolitik vəziyyət, iqtisadi imkanlar xeyli dərəcədə dəyişib. BMT-dəki hazırkı struktur müasir dövr üzrə mövcud vəziyyəti tam dolğun əks etdirə bilmir.
Yeni iqtisadi güc mərkəzləri yaranıb. Bir çox ölkələr 5-liyin daima veto hüququna malik olmasını ədalətsizlik hesab edir. Bir çox ölkələrin rəsmi mövqeyi mövcud vəziyyətin dəyişməsini tələb edir.

Bu mənada Qoşulmama Hərəkatına sədrlik edən ölkənin BMT TŞ-nın daimi üzvü olması məsələsi də ümumi prosesin tərkib hissəsidir. Azərbaycan Prezidenti də onu qeyd edib ki, BMT-də islahatlar artıq aktualdır. Bu islahatlar da gec-tez olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Kaya Kallasdan kiberhücum bəyanatı: Rusiya nümayəndəsi çağırılacaq

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana gəldi - FOTO

End of content

No more pages to load

RADİO