İran təbliğat maşınının növbəti TƏXRİBATI – “Bakıda zəlzələ olacaq” yalanı nəyə hesablanıb?

Dünən Türkiyədə baş verən zəlzələdən sonra sosial şəbəkələrin Azərbaycan seqmentində Bakıda da oxşar təbiət hadisəsinin baş verəcəyi ilə bağlı xəbərlər tirajlanmağa başladı. Belə ki, Ruben Burrel adlı amerikalı bir geoloqun guya Britaniyanın “Express” nəşrinə bu barədə açıqlama verdiyi ilə bağlı görüntü paylaşılmağa başlandı.

Qeyd olunur ki, yaxın günlərdə Bakının mərkəzində güclü zəlzələ baş verəcək:

“Geoloji xəritələr və bu gün Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda yer plitələrinin hərəkətinin tədqiqi göstərir ki, 6,9 bal gücündə zəlzələ yarada bilən Bakı yarması aktivləşib”.
Lakin sonradan bu məlumatın “fake” olduğu üzə çıxdı. Çünki qeyd olunan nəşrdə Bakıda zəlzələnin olacağı ilə bağlı hər hansı məqalə dərc olunmayıb. Eyni zamanda Ruben Burrel adlı bir şəxsin olub-olmadığı da qeyri-müəyyəndir. İnternetdə apardığımız araşdırmalar, ümiməyyətlə, bu adda geoloqun olmadığını üzə çıxarıb.

Bəs, bu cür “fake”in tirajlanmasında məqsəd nə idi?

Əvvəla onu qeyd edək ki, Türkiyədə baş verən zəlzələ Azərbaycanda ciddi narahatlıq doğurdu. İstər coğrafi, istərsə də xalqlarımızın yaxınlığını nəzərə aldıqda bu təbii qarşılanmalıdır. Eyni zamanda ölkəmizin böyük hissəsi seysmik aktiv zonada yerləşdiyindən Azərbaycanda zəlzələ narahatlığının olduğu da məlumdur.

Bu səbəbdəndir ki, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin mətbuat konfransı baş tutdu. Q.Yetirmişli Türkiyədə baş verən zəlzələnin Azərbaycanda da təkanları tətikləyə biləcəyi ehtimallarını dəyərləndirərək, yaxın perspektivdə narahatlığa əsas olmadığını bildirdi.

Ancaq diqqət çəkən məqam, “Bakıda zəlzələ olacaq” yalanının bəlli şəxslər, sosial şəbəkə hesabları tərəfindən eyni vaxtda tirajlanmağa başladığıdır.

Doğrudur, əhali arasında bəlli həyəcan bir çoxlarının da bu feyki öz sosial şəbəkə hesablarından paylaşması ilə nəticələndi. Ancaq sözügedən fotonu paylaşanların əksəriyyətinin profilinə qısaca nəzər salmaq yetir ki, onların hansı qüvvələrə xidmət etdiyini görək.

Bəli, söhbət İran təbliğatçılarından gedir...

Bu şəxslər Bakıda zəlzələnin baş verəcəyi yalanını tirajlamaqla, əslində özlərinin, daha doğrusu ağalarının arzularını ifadə edirlər. Yalanlar uydurmaqla xalqı təşvişə salıb, panika yaratmağa çalışırlar.

Göründüyü kimi, başlarını Qumun küləyi aparanlar o qədər alçalıblar ki, xalqımızın həssaslığını hədəf almağa belə utanmırlar.

Əslində, onlardan başqa cür addım da gözləmək olmazdı. Çünki bu şəbəkənin “Allahın təhqir olunması” yalanını, şəhid cənazələrində çıxardıları oyunları da görmüşük. Yəni, cəmiyyətin həssaslığının hədəf alınması şovinist-molla rejiminin bulağından su içənlərin bacardığı ən yaxşı işdir.
Onların baş vurduğu metodlar qarşısında cəmiyyətimizin diqqətli olması vacib şərtdir. Ən azı sosial şəbəkələrdə yayılan, mənbəsi, əsası olmayan məlumatlara şübhə ilə yanaşmaq, kiçik bir araşdırma aparmaq böhranı fürsətə çevirənlərin istəklərini gözündə qoymağa kifayət edəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

End of content

No more pages to load

RADİO