Rusiya Gürcüstana yeni müdaxilə planı hazırlayır ”“ Azərbaycan da hədəfdə

Gürcü prezidentin ABŞ və Avropa Birliyi ölkələri səfirləri ilə birgə təcili Pankisi dərəsinə baş çəkməsinin ilginc pərdəarxası; Qafqaz yenidən qarışa bilər...xa0
Bu günlərdə Gürcüstanın xəbər lentlərində maraqlı bir məlumat keçdi. Xəbərə görə, prezident Georgi Marqvelaşvili ölkənin etnik çeçenlərin məskunlaşdığı və az öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun “terrorçuluq yuvası”x9d adlandırdığı Pankisi dərəsinə səfər edib, burada yerli vətəndaşlarla, ağsaqqallarla söhbətləşib.xa0

Məlumatın ən mühüm detalı isə odur ki, gürcü prezident Pankisi dərəsinə ABŞ və Avropa Birliyinin (AB) bu ölkədəki səfirləri ilə birlikdə yollanıb. “Məni sizin vəziyyətə baxışlarınız maraqlandırır. Sizinlə ünsiyyətdə olmaq istəyirəm. Gəlin gələcək haqda söhbət edək. Bu gözəl dərəni sizlər üçün daha cəlbedici və rahat necə edə bilərik?”x9d, - deyə Marqvelaşvili yerli sakinlərlə təması zamanı bildirib.

Xatırladaq ki, son vaxtlar Moskva birbaşa və ya dolayı şəkildə guya Gürcüstan ərazisində terrorçuların mövcud olması mövzusunu qaldırır. Rəsmi Tiflis isə bu iddialara bəyanatla cavab verərək bildirir ki, Pankisi dərəsi tam nəzarət altındadır.xa0

Bununla belə, Suriyada Bəşər Əsəd rejiminin əsas düşmənlərindən sayılan İŞİD-lə mübarizədə 4 ay ərzində ciddi uğura nail olmayan Moskva Pankisi dərəsinin “terrorçu yuvası”x9d olduğunu iddia eləməkdə davam edir - həm də bu iddialar “Qazprom”x9dla danışıqların getdiyi dönəmə təsadüf eləməsi ilə diqqət çəkməkdədir.xa0

***xa0
Sözsüz ki, terror iddialarının arxasında Rusiyanın daha uzaqgedən və məkrli hədəfləri gizlənir. Ehtimal ki, onlardan biri Pankisi dərəsinin potensial “qiyam yuvası”x9d Çeçenistanla, Şimali Qafqazla həmsərhəd olması ilə bağlıdırsa (2-ci “Çeçen müharibəsi”x9dndə dərə Putinin ram edə bilmədiyi yeganə ərazi olub), ikinci hədəf Kremlin terrorçuluqla müharibəni bəhanə edib Gürcüstana yeni hərbi müdaxilə planı hazırlaması və bununla onu təhdid altında saxlaması ilə ilgilidir.

Məlumdur ki, son illər Azərbaycanın həm coğrafi, həm də geosiyasi anlamda “Qərb qapısı”x9d sayılan Gürcüstanın ABŞ və AB üçün önəmi artıb. Qonşu ölkə AB-yə, NATO-ya sürətli inteqrasiya kursu götürüb. Ötən il burada Alyansın təlim mərkəzi açılıb və Gürcüstan NATO-ya üzvlüyün bir addımlığına gəlib. Bu isə Moskvada dəfələrlə açıq və güclü qıcıq doğurub.xa0

Məsələn, Rusiya XİN-i Tiflisdə NATO mərkəzinin açılışını Qərbin “təxribatı və bölgəni qarışdırmaq cəhdi”x9d kimi qiymətləndirmişdi. Bundan əlavə, Gürcüstan bölgədən Qərbə istiqamətlənmiş mühüm tranzit arteriyaları üçün əsas ölkə olaraq qalır ki, bu da şimal qonşumuzu narahat edir.xa0



Yeri gəlmişkən, bu ilin sonunda Bakı-Tiflis-Qars dəmiryolu da istifadəyə veriləcək ki, nəticə etibarilə iki Güney Qafqaz ölkəsinin Rusiyadan iqtisadi-siyasi asılılığı bir qədər də azalacaq, uzaq Çin də daxil, onların Şərq-Qərb nəqliyyat dəhlizində rolu artacaq, Azərbaycanla Gürcüstanın iqtisadi gəlirləri çoxalacaq.xa0

Sadalananlarb əlbəttə ki, ABŞ və AB-nin bölgəyə yönəlik prioritet maraqları sferasına daxildir. Ona da şübhə yox ki, Pankisi dərəsinə Gürcüstan prezidenti ilə yanaşı, ABŞ və AB ölkələri səfirlərinin də getməsini öncəliklə bu maraqlar - ilk növbədə gürcü dövlətçiliyini şimal hədələrinə qarşı dayanıqlı etmək imperativi zəruri edib.xa0


Yəni bu, Moskvaya aydın bir mesajdır ki, Gürcüstan 2008-ci ildəki kimi tək deyil. Bu yerdə xatırladaq ki, ötən il ABŞ Senatının qəbul elədiyi sənədə əsasən, Gürcüstan, Ukrayna, Moldova və daha bir neçə postsosialist ölkəsi ABŞ-ın NATO-dan kənar müttəfiqi elan edilib. xa0xa0
***
Məlumat üçün bildirək ki, Rusiyanın yeni və aqressiv Hərbi Doktrinası terrorçuluqla mübarizə adı ilə Putinə istənilən həmsərhəd ölkəyə silahlı müdaxilə hüququ tanıyır. Belə bir müdaxilə söz yox ki, həm də son vaxtlar iqtisadi böhran üzündən “qaynamaqda olan”x9d Şimali Qafqaza və qonşu Azərbaycana da bir güc nümayişi olardı.xa0

Söz düşmüşkən, bu arada Rusiya prezidenti Vladimir Putinlə Çeçenistanın marionet rəhbəri Ramzan Kadırovun münasibətlərinşt pozula biləcəyi və Şimali Qafqazda situasiyanın gərginləşəcəyi haqda ilginc informasiya yayılıb. Belə bir iddia ilə gürcü kökənli tanınmış rusiyalı ekspert Nikolay Svanidze çıxış edib.xa0



Onun sözlərinə görə, Kadırov Putinin vassalıdır, ancaq bu, hələ hər şey demək deyil. Sitat: “Kadırov öz rəhbərindən irəliyə doğru qaçır. Başçı heç kimi önə buraxmamalıdır. Kadırov isə buna məhəl qoymadan başçıya (Putinə -red.) düşmənləri, onlarla necə mübarizə aparmaq qaydalarını söyləyir. Hazırkı şəraitdə əsas məsələ ölkənin iqtisadi vəziyyətinin dəyişməsidir. Çeçenistan dotasiyalar hesabına yaşayan regiondur.xa0

İndi Kadırov ölkənin müxtəlif yerlərində aksiyalar keçirməklə göstərir ki, mənim arxamda güclü qüvvə var və buna görə də mənim pulumu kəsməyin. Kadırovun nizamlı ordusu var. Bu ordu şəxsən ona tabedir. Vassalımın vassalı mənim vassalım deyil. Yəni Putin bu orduya heç bir əmr verə bilməz. Kremlin atacağı ilk səhv addım bu regionda qarışıqlığa səbəb olacaq”x9d.


Yada salaq ki, az öncə Kadırovun Rusiya müxalifəti ilə bağlı məlum çıxışı böyük etirazlara səbəb olmuşdu. Lakin aksiyalar təkcə Kadırov əleyhinə olmayıb. Məhz çeçen lideri və ətrafının fəaliyyəti nəticəsində Qroznı və Dağıstanın bir neçə şəhərində Ramzan Kadırova dəstək aksiyası keçirilib.xa0

***


Başqa sözlə desək, Putinin “çeçen kartı”x9dnı təzədən işə salacağının mümkünlüyü diqqətdən yayınmamalıdır. Rusiyanın davranışında bu kimi gəlişmələr isə Azərbaycan üçün də yaxşı heç nə vəd eləmir. Unutmaq xa0lazım deyil ki, Azərbaycanın qeyri-ənənəvi radikal islami təriqətlərin yayıldığı şimal bölgəsinə Rusiyanın müdaxilə imkanları qalır. Bəzi məlumatlara görə, həmin regionun əhalisinin gəlirləri birbaşa Rusiyaya bağlı olan kəsiminə çoxdan Rusiya pasportları (vətəndaşlığı) verilib.xa0


Onu da nəzərdən qaçırmaq olmaz ki, Kreml Dağlıq Qarabağda sülhməramlı adı altında hərbi kontingentini yerləşdirmək üçün neçə vaxtdır vasitə və bəhanələr axtarır, “erməni kartı”x9dndan faydalanmağa çalışır, rəsmi Bakını razı salmağın yollarını arayır. Qarabağdakı rus sülhməramlılar isə bölgənin gec-tez Moskvanın tabeçiliyinə keçməsi deməkdir. 2008-cilin “5 günlük müharibə”x9dsi zamanı Abxaziya və Cənubi Osetiyanın zorla Rusiyaya birləşdirilməsi timsalında bunu bütün dünya artıq əyani görüb. xa0

Lakin bir təsəlliverici məqam var ki, Rusiya indi 2008-ci ildəki kimi qüdrətli, iqtisadi cəhətdən güclü və şanslı deyil, ona qarşı effektli beynəlxalq sanksiyalar işləyir. Digər bir yandan, artıq Qərb (ABŞ və Avropa Birliyi) “5 günlük müharibə”x9ddən özü üçün ciddi nəticələr çıxarıb. Üstəgəl, Krımın ilhaqı presedenti. Qərb diplomatlarının Pankisi dərəsinə getməsi bu qənaəti yalnız gücləndirir.xa0

Yekunda əlavə edək ki, bölgə və onun ətrafında situasiyanın hansı istiqamətdə inkişaf tapacağı müstəsna olaraq, getdikcə sanksiyaların daha ağır yükünü öz üzərində hiss etməkdə olan Putinin nə dərəcədə praqmatik qərarlar verəcəyindən asılı olacaq.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Bu pulları dərhal dəyişdirin!

Bu pulları dərhal dəyişdirin!

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Rusiyalı milyarderin 500 milyon dollarlıq yaxtası Hörmüz boğazından keçdi

Rusiyalı milyarderin 500 milyon dollarlıq yaxtası Hörmüz boğazından keçdi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI

80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI

Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

İran Britaniyada “Telegram” vasitəsilə terrorçu TOPLAYIR

İran Britaniyada “Telegram” vasitəsilə terrorçu TOPLAYIR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Tramp köməkçilərinə İranla bağlı bu tapşırığı VERDİ

Tramp köməkçilərinə İranla bağlı bu tapşırığı VERDİ

Yevlaxda baş verən ağır qəzada yaralananların kimliyi məlum oldu – FOTO

Yevlaxda baş verən ağır qəzada yaralananların kimliyi məlum oldu – FOTO

Məşhur türkiyəli aktyor infarkt keçirdi – FOTO

Məşhur türkiyəli aktyor infarkt keçirdi – FOTO

YENİ MƏZƏNNƏ: Avro və rus rublu ucuzlaşdı - FOTO

YENİ MƏZƏNNƏ: Avro və rus rublu ucuzlaşdı - FOTO

Ötən gün dünyada NƏLƏR BAŞ VERİB?

Ötən gün dünyada NƏLƏR BAŞ VERİB?

"Arka sokaklar" mövsüm finalına hazırlaşır - 20 ildir yayımlanır

"Arka sokaklar" mövsüm finalına hazırlaşır - 20 ildir yayımlanır

Müəllimləri əvəzləyən platforma yaradıldı – Repetitorların “bazarı” bağlanır?

Müəllimləri əvəzləyən platforma yaradıldı – Repetitorların “bazarı” bağlanır?

End of content

No more pages to load

RADİO