NATO-nun Ukrayna PLANI: “Avropanın İsrailini yaradacağıq”

"Financial Times” nəşrinin məlumatına görə, NATO-nun keçmiş baş katibi Anders Yörq Rasmussen təklif edib ki, Ukrayna Şərqi Avropanın İsrailinə çevrilsin. 

Ukrayna hakimiyyəti artıq müharibədən sonrakı təşkilatlanma və onun təhlükəsizliyini təmin edə biləcək beynəlxalq təminat məsələlərini müzakirə edir. Bu barədə danışan Rasmussen ABŞ-İsrail razılaşmalarını nümunə götürməyi təklif edib.

Bu müstəvidə də NATO-nun keçmiç şefi Ukraynanın İsrailin ABŞ-dan aldığı dəstəyi almasına imkan verəcək sənədi təbliğ etmək üçün Avropa paytaxtlarında səfərdədir. 

Qeyd edək ki, İsrail NATO daxil hər hansı bir hərbi blokun üzvü olmasa da, ABŞ onun təhlükəsizliyinin təminatına hərtərəfli dəstək verir. Onlar arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq, Vaşinqtonun Təl-Əvivə dəstəyi hətta bu müstəvidə bir sıra NATO ölkələrinə edilən dəstəkdən daha yüksəkdir. Görünür, mövcud vəziyyətdə Kiyevin NATO-ya üzvlüyünün hələlik mümkünsüz olduğunu görən Avropa siyasiləri çıxış yolunu Ukraynanın Şərqi Avropanın İsrailinə çevrilməsində görürlər. 

Bizim.Media-ya açıqlama verən konfliktoloq Üzeyir Şəfiyevin fikrincə, Rasmussenin açıqlaması onu göstərir ki, İsrail bir ordu dövləti kimi necədirsə, Ukraynanı da o qəbildən olan dövlət halına gətirəcəklər.

Açıqlama həmsöhbətimizə görə, həm də Kiyevin yaxın perspektivdə NATO üzvü olmayacağına işarədir:

“İsrail bir ordu dövləti kimi assosiasiya olunur. Qərb Ukraynanı da bu müstəvidə görmək istəyir. Ukraynaya gəldikdə, legitim baxımından o NATO ölkəsi olmasa da, de-fakto həmin hərbi quruma üzv ölkə vəziyyətindədir. Çünki NATO ölkələri müttəfiqlərinə necə dəstək verirsə, müharibədə birbaşa iştirak etməsələr də, Ukraynaya da həmin dəstəyi göstərir.

NATO hərbi, sursat, hərbi planlama, kəşfiyyat məlumatları, informasiya təhlükəsizliyi, maddi baxımdan, yəni bütün mənalarda Ukraynaya da müttəfiqlərinə etdiyi dəstəyi verir. NATO dövlətlərinə məxsus bir sıra silahların Ukraynaya transferi artıq göz qabağındadır. Bu da səbəbsiz deyil. Çünki Qərb bilir ki, Rusiya tək Ukrayna ilə kifayətlənməyəcək. Hətta bu günlərdə Kreml Moldovanı da hədələyib”. 

Ekspert qeyd edir ki, belə yanaşma Rusiyanı yeni aneksiyalardan çəkindirmək üçün Ukraynaya birmənalı şəkildə sipər kimi baxırlar:

“Çünki Ukraynanın təhlükəsizliyi həm də NATO ölkələrinin təhlükəsizliyi deməkdir. Ona görə də Qərb Ukraynanı gücləndirməkdə maraqlıdır. Rasmussenin açıqlaması həm də ona işarədir ki, Kiyev yaxın perspektivdə NATO-nun tam hüquqlu üzvü olmayacaq. Amma o da var ki, hazırda bir sıra NATO ölkələri belə Ukrayna qədər qurumun potensialından o qədər də yararlana bilmir. Buna misal olaraq Türkiyəni göstərmək olar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quru sərhədləri niyə hələ də açılmır?

Quru sərhədləri niyə hələ də açılmır?

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

End of content

No more pages to load

RADİO