Xarici işlər nazirinin müavini Elnur Məmmədov Niderland Krallığına səfər edib

Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Elnur Məmmədov cari ilin 31 yanvar – 1 fevral tarixlərində Niderland Krallığına işgüzar səfəri baş tutub. 

XİN-dən Bizim.Media-ya bildirilib ki, səfər çərçivəsində, fevralın 1-də nazir müavini Elnur Məmmədov Niderland Xarici İşlər Nazirliyinin Siyasi məsələlər üzrə Baş Direktor müavini Erika Sxouten ilə görüşüb. 

Görüş zamanı, xanım Sxouten yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş silahlı hücum aktını pisləyərək Azərbaycan səfirliyinin hadisə nəticəsində həlak olan əməkdaşı ilə bağlı mərhumun ailəsinə, Azərbaycan hökuməti və xalqına başsağlığını ifadə edib. Eyni zamanda E. Sxouten diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təminatının vacibliyini vurğulayıb. 

Nazir müavini öz növbəsində Niderland XİN-in hadisə ilə bağlı verdiyi bəyanata görə təşəkkürünü ifadə edib və Haaqada Azərbaycan səfirliyinin təhlükəsizliyinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. 
Daha sonra tərəflər bölgədəki vəziyyəti müzakirə edib. Hazırda Laçın yolu ilə bağlı vəziyyət haqqında məlumat verilərək, Azərbaycan-Ermənistan normallaşma prosesi və Avropa İttifaqının buradakı rolu ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşün sonunda tərəflər bu il üçün planlaşdırılan siyasi məsləhətləşmələrin növbəti mərhələsinin yaxın vaxtlarda Bakı şəhərində keçirilməsi barədə razılığa gəliblər. 

Eyni gündə, Elnur Məmmədov Niderland Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin DENK partiyasının üzvü millət vəkili Tunahan Kuzu ilə, daha sonra isə Komitənin sözçüsü, eləcə də D66 partiyasının millət vəkili Şurd Şurdsma ilə görüşüb. 

Görüşlər zamanı hər iki millət vəkili Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktından təəssüfləndiyini bildirərək hadisə nəticəsində həlak olan Səfirlik əməkdaşı ilə bağlı Niderland tərəfinin başsağlığını ifadə ediblər. 
Nazir müavini başsağlığına görə təşəkkür edib. Elnur Məmmədov, həmçinin 30-31 yanvar 2023-cü il tarixlərində Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə (Ermənistan Azərbaycana qarşı və Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə tərəflərin sorğusu üzrə aparılan açıq dinləmələrin gedişatı haqqında məlumat verib. Bununla yanaşı, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki ərazilərində minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsinin davam etməsi və Laçın yolundakı cari vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quru sərhədləri niyə hələ də açılmır?

Quru sərhədləri niyə hələ də açılmır?

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

End of content

No more pages to load

RADİO