Bakı zəlzələdən zərər çəkən azərbaycanlılara yardım etmək istəyir - Lakin İran imkan vermir

Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım etməyə hazırdır, lakin İran buna imkan vermir.

Bizim.Media xəbər verir ki, bu barədə apa.az-a diplomatik mənbələrdən informasiya daxil olub.

Məlumata görə, Azərbaycan dövləti Xoyda zəlzələdən zərərçəkmiş soydaşlarımıza hər cür yardım göstərməyə hazırdır və buna bütün resurslar da var. Lakin İran dövləti Azərbaycanın bu yardımı soydaşlarımıza çatdırmasına imkan vermir.
Qeyd edək ki, yanvarın 18 və 28-də İranın mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı Xoy əyalətində zəlzələ baş verib.

Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, 3 nəfər ölüb. Təbii fəlakətin baş verməsindən xeyli vaxt keçməsinə baxmayaraq, İran hökuməti soydaşlarımıza heç bir yardım göstərmir.

Minlərlə ailə kəskin soyuq və qarlı hava şəraitində çöldə gecələyir. Çadır, isti geyim və qidaya olan tələbat ödənmir, insanlar arasında kütləvi xəstəliklər yayılır. Xəstəxanalarda tibb heyət və dərman çatışmazlığı var. Xəstəxanalarda yer və tibbi heyət olmadığı üçün xəstə qəbulundan imtina olunur.

İran mediası isə Xoyda zəlzələdən zərərçəkənlərin problemlərini işıqlandırmaqdan imtina edir.

Türkiyənin Qızıl Ay Cəmiyyətinin açıqlamasına görə, İran bu ölkənin yardım təklifindən də imtina edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, İranın zəlzələdən zərər çəkənlərə qarşı aqressiv davranışı, heç bir yardım göstərməməsi və yardım göstərənlərə mane olması İranın daxili siyasətində azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyin göstəricisidir.

“Bu, öz vətəndaşlarına münasibətdə humanitar terrordur. Eyni zamanda İslam dininin bütün humanitar və mənəvi dəyərlərinə ziddir” deyə, deputat qeyd edib.

Hikmət Babaoğlu bildirib ki, İranın Xoyda baş verən zəlzələdən sonra zərərçəkmiş soydaşlarımıza ediləcək yardımlardan imtinası “şovinist fars rejiminin azərbaycanlıların hüquqlarını tapdalamasının, onları adi humanitar hüquqlardan belə məhrum etməsinin” göstəricisidir.
“İranın bu cür anti-humanist, anti-hüquqi və anti-islami mövqeyi qətiyyətlə pislənilməlidir. İranda yaşayan 30 milyon azərbaycanlı ən çətin anlarda belə vətəndaşı olduğu dövlətdən humanitar yardım görmürsə, əlbəttə ki, onlar beynəlxalq hüquqa uyğun olaraq özünü təyinetmə, özünü ifadəetmə vasitələrindən istifadə etməyə məcbur qalacaqlar. İran rejimi azərbaycanlıları öz müqəddəratlarını təyin etməyə doğru itələyir” - deyə, Hikmət Babaoğlu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Bu il ixtisas seçimində hansı qrupda rəqabət YÜKSƏK olacaq? - VİDEO

Quru sərhədləri niyə hələ də açılmır?

Quru sərhədləri niyə hələ də açılmır?

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

End of content

No more pages to load

RADİO