XİN Beynəlxalq Ədalət Məhkəməsindəki müraciət üzrə dinləmələrə dair məlumat yaydı

Yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə açıq dinləmələr keçirilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.  

Bu dinləmələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki ərazilərində minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsinin davam etməsi nəticəsində “artan itkilərin qarşısını almaq üçün təcili tədbirlər görmək” məqsədilə Azərbaycanın Məhkəməyə 4 yanvar 2023-cü il tarixli ikinci müraciəti ilə əlaqədar təşkil olunub.

2020-ci ildə münaqişə başa çatdıqdan sonra böyük əksəriyyətinin mülki şəxslər, o cümlədən 3 jurnalist olmuş 282 nəfər azərbaycanlı mina və ya digər partlayıcı qurğuların qurbanı olub.  

Azərbaycanın müraciətində Ermənistan tərəfindən 2021-ci ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş məlumatlara zidd olaraq və hətta 2020-ci ilin noyabr ayında Üçtərəfli Bəyanata əsasən bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldikdən sonra belə, Azərbaycan ərazisində minalar yerləşdirməyə davam etdiyini göstərən yeni sübutlar əks olunub.

Azərbaycanda 2022-ci ilin avqustundan etibarən 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar edilib. Ermənistanın davranışı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın və digər beynəlxalq qanunlar üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.  

Azərbaycan ərazisinə qeyri-qanuni olaraq gətirilmiş bu minaların 1600-ü, həmçinin mina tələlər Ermənistanın etnik təmizləmə kampaniyası və Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində 30 il əvvəl azərbaycanlıların qovulduğu mülki ərazilərə basdırılaraq, bu məcburi köçkün ailələrinin və icmaların öz evlərinə geri qayıtmasının qarşısını alıb. 

Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaratmaq məqsədilə Azərbaycanın Laçın və Kəlbəcər rayonlarının və əvvəllər işğal olunmuş digər rayonlarının azərbaycanlı mülki şəxslərin qayıdacaqları şəhər, kənd və digər ərazilərində minaların, mina tələlərin və hər hansı bir digər partlayıcı qurğuların yeri, miqdarı, növü və xüsusiyyətləri barədə məlumat verməklə Azərbaycanın operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməni həyata keçirməsi istiqamətində Ermənistan tərəfindən dərhal bütün lazımi addımlar atılması Beynəlxalq Ədalət Məhkəməsindən sorğu edilib.  

Azərbaycan, həmçinin Laçın yolundan istifadə etmək də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, Azərbaycan ərazisində azərbaycanlı mülki vətəndaşların qayıdacaqları bu ərazilərdə mina və mina tələləri basdırmaq və ya onlara sponsorluq etmək və ya onların yerləşdirilməsini dəstəkləmək üçün hər hansı növbəti səyləri dərhal dayandırması və bundan imtina etməsi ilə bağlı Ermənistana göstərişin verilməsini məhkəmədən xahiş edib. 
Bundan əvvəl, 7 dekabr 2021-ci il tarixində Məhkəmə Ermənistanın davam edən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozuntularına qarşı qorunmaq üçün müvəqqəti tədbirlər haqqında Azərbaycanın ilk sorğusunu təmin edərək, azərbaycanlılara qarşı yönəlmiş irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi Ermənistana tapşırmışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yayda dollar elə qiymətə satılacaq ki...

Yayda dollar elə qiymətə satılacaq ki...

Sirkdə qorxulu anlar: Pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO

Sirkdə qorxulu anlar: Pələng tamaşaçıların oturduğu zonaya girdi – VİDEO

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

Müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxsə HÖKM OXUNDU

MSK üzvlərinin səlahiyyət müddəti bitir

MSK üzvlərinin səlahiyyət müddəti bitir

Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

Göylərdən gələn hədiyyə: Biri 20 manata satılır

Prezident: “Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsinə düşüb”

Prezident: “Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsinə düşüb”

“Bitcoin”in qiyməti yenidən 75 min dollara yaxınlaşdı

“Bitcoin”in qiyməti yenidən 75 min dollara yaxınlaşdı

Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib?

Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib?

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Dünya bazarlarında neft bahalaşdı

Dünya bazarlarında neft bahalaşdı

Təbii qazın SON qiyməti

Təbii qazın SON qiyməti

Ukrayna Tuapsedə neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Tuapsedə neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən…

Bu rayonların sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən…

Sevgi və pul qapısı açılır - Siyahıda siz də varsınız?

Sevgi və pul qapısı açılır - Siyahıda siz də varsınız?

Tramp: “İranla sazişin konsepsiyası hazırdır”

Tramp: “İranla sazişin konsepsiyası hazırdır”

İlham Əliyev: “Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır”

İlham Əliyev: “Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır”

Dünyanın ən hündür binası: 100-cü mərtəbə tikilir

Dünyanın ən hündür binası: 100-cü mərtəbə tikilir

Yağışların müharibə ilə əlaqəsi varmı?

Yağışların müharibə ilə əlaqəsi varmı?

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Bakıda "qızıl qiyməti"nə torpaq: Bir sotu iki milyon manat – VİDEO

Bakıda "qızıl qiyməti"nə torpaq: Bir sotu iki milyon manat – VİDEO

ABŞ ordusu İran gəmisini belə ələ keçirdi – ANBAAN VİDEO

ABŞ ordusu İran gəmisini belə ələ keçirdi – ANBAAN VİDEO

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, yağış...

Günel anası ilə - FOTO

Günel anası ilə - FOTO

End of content

No more pages to load

RADİO