Azərbaycanın Baş prokuroru Kamran Əliyev həmkarı Bəkir Şahinin dəvəti ilə Türkiyəyə səfər edəcək.
Bizim.Media Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, 14-17 fevral tarixlərində baş tutacaq səfər çərçivəsində bir sıra görüşlər olacaq.
Baş prokuror Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək, Ali Məhkəmənin sədri Mehmet Akarca, ədliyyə naziri Əbdül Həmid Güllə görüşlər keçirəcək.
Bizim.Media