Şənbə-bazar işləyənlər əlavə nə qədər pul almalıdır? - MƏBLƏĞ

Azərbaycanda iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş müstəsna hallarda yol verilir.

Bizim.Media xəbər verri ki, iqtisadçı-ekspert Allahverdi Aydın “Trend.az”a açıqlamasında xatırladıb ki, bir sıra hallar istisna olmaqla iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar

Belə ki, iş vaxtından artıq işlərə aşağıdakı müstəsna hallarda yol verilir:

• dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;

• su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün.

Yuxarıda nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi

Bu günlərdə görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

• əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla;

• əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

• aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

Ekspert ayda 1 150 manat maaş alan şəxsə bu hallarda nə qədər əlavə ödəniş verilməsinə dair hesablama aparıb:

“Misal üçün deyək ki, Kamran adlı şəxs “ABC” MMC-də mühasib vəzifəsində çalışır və onun aylıq əmək haqqı 1 150 manat təşkil edir. Kamran beş günlük iş həftəsi üzrə işlədiyi üçün şənbə və bazar günləri onun üçün iş günü hesab edilməyən istirahət günləridir. Yanvarın 18-də – bazar günü şirkət rəhbərliyinin xahişi ilə Kamran 4 saat iş görüb.

Kamrana istirahət günü görülən işə görə aşağıdakı məbləğdə ödəniş ediləcək:

İstehsalat təqviminə əsasən, 2026-cı ilin yanvar ayında aylıq iş vaxtı norması 151 saat təşkil edir. Belə olan halda Kamranın saatlıq tarif maaşı 7,6 manat (1 150 / 151 = 7,6) edir.
Kamran yanvarın 18-də – bazar günü 4 saat iş gördüyü üçün ona aylıq əmək haqqından əlavə olaraq 60,8 manat ((4 × 7,6) × 2 = 60,8) ödəniləcək.

Başqa bir nümunədə “ABC” MMC-də işləyən digər işçi Əhməd Kamran kimi vaxtamuzd ödəmə sisteminə əsasən deyil, işəmuzd ödəmə sistemi üzrə əmək haqqı alır.

Onda istirahət günündə gördüyü işə görə Əhmədə aşağıdakı qaydada ödəniş ediləcək.

Məsələn, Əhməd də Kamran kimi beş günlük iş həftəsi üzrə işlədiyi üçün şənbə və bazar günləri onun üçün iş günü hesab edilməyən istirahət günləridir. Əhməd karton qutular hazırlayır və MMC hər qutuya görə Əhmədə 0,10 manat ödəyir. Yanvar ayının 18-də – bazar günü şirkət rəhbərliyinin xahişi ilə Əhməd 4 saat iş görüb və bu zaman ümumilikdə 100 qutu hazırlayıb.

İş günlərində Əhməd hazırladığı 100 qutuya görə 10 manat (100 × 0,10 = 10) aldığı halda, istirahət günü iş gördüyü üçün ona 20 manat ((100 × 0,10) × 2 = 20) əlavə ödəniş ediləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Vaşinqton Beynəlxalq Cinayət Məhkəməsini HƏDƏLƏDİ: “Fəaliyyətinə son qoyacağıq!”

Azərbaycanda həkim vəfat etdi - FOTO

Azərbaycanda həkim vəfat etdi - FOTO

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

Avropa çempionatı: Qadın boksçumuz FİNALDA

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının 10 küçə və prospektində hərəkət məhdudlaşdırılacaq

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

iPhone sevənlərə PİS XƏBƏR: “Apple” istehsalı azaldır

Könül Qasımovanın həbs müddəti UZADILDI

Könül Qasımovanın həbs müddəti UZADILDI

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

Yaşıllıqlara 32 min manatdan çox ZİYAN DƏYDİ

End of content

No more pages to load

RADİO