Nazir beş nəfərə yüksək vəzifə verdi - ADLAR - FOTO

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrləri ilə Nazirlik sistemində yeni kadr təyinatları həyata keçirilib.

Bizim.Media xəbər verir ki, İlkin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İqtisadiyyat şöbəsinin müdiri, Elnur Əliyev və Arif Ataxanlı DOST Agentliyinin sədrinin müavinləri, Əlişah Kövsərov Sosial Xidmətlər Agentliyinin sədrinin müavini, Elşən Mahmudov Dövlət Məşğulluq Agentliyinin sədrinin müavini təyin ediliblər.



İlkin Məmmədov 1988-ci ildə doğulub. Sumqayıt Dövlət Universitetində iqtisadçı-menecer ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda təhsilini İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunda “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə fəlsəfə doktoru proqramında davam etdirir. Ötən dövrdə özəl sektorda, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Agentliyin sədrinin müavini vəzifəsində çalışıb.


 

Elnur Əliyev 1979-cu ildə doğulub. Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Ötən dövrdə özəl sektorda, vergi sahəsində, 2018-ci ildən Dövlət Məşğulluq Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə Filialının müdiri vəzifəsində çalışıb.

Arif Ataxanlı 1990-cı ildə doğulub. Sumqayıt Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr pilləsini bitirib. Ötən dövrdə özəl sektorda, Dövlət Sərhəd Xidmətində, 2021-ci ildən DOST Agentliyində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər DOST Agentliyində departament müdiri vəzifəsində çalışıb.



Əlişah Kövsərov 1975-ci ildə doğulub. Bakı Avrasiya Universitetində ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. Ötən dövrdə Nazirlik sistemində müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər Sosial Xidmətlər Agentliyində departament müdiri vəzifəsində çalışıb.



Elşən Mahmudov 1979-cu ildə doğulub. Azərbaycan Texniki Universitetində mühəndis iqtisadiyyyatı ixtisası üzrə bakalavr, mühəndis biznesi və menecment ixtisası üzrə magistr təhsili alıb. Ötən dövrdə rabitə sahəsində, Teleradio İstehsalat Birliyində, İqtisadiyyat Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda (DSMF) müxtəlif vəzifələrdə, hazırki vəzifəsinə qədər DSMF sədrinin müşaviri vəzifəsində çalışıb (Bakupost.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Masazırda “Mercedes Vito” YANDI

Masazırda “Mercedes Vito” YANDI

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

16 yaşdan kiçiklərə enerji içkilərinin satışı QADAĞAN EDİLİR

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

Azərbaycanda Tovuzdan başqa da quş adı ilə rayon varmış – Torağay hansı şəhərimizdir?

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

Beynəlxalq Cinayət Məhkəməsindən ABŞ sanksiyalarına CAVAB

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

“Kəpəz” “Araz-Naxçıvan”a QALİB GƏLDİ

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

Fransa bu ölkənin iki diplomatını ölkədən QOVDU

End of content

No more pages to load

RADİO