Azərbaycanla BƏƏ-ni birləşdirən ORTAQ MARAQLAR – Prezidentin səfərinin PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. Ötən ilin son aylarında davamlı şəkildə Mərkəzi Avropa dövlətlərində səfərdə olan Azərbaycan Prezidentinin yeni ilin ilk xarici səfərini Ərəb yarımadasına etməsi xeyli maraq doğurur.

BƏƏ üçün Azərbaycan çox vacib tərəfdaşdır 

Nəzərə alaq ki, Avropa dövlətlərinin İlham Əliyevi öz ölkələrinə dəvət etməsi birmənalı şəkildə başa düşüləndir. Çünki, hər bir Avropa dövlətinin Azərbaycan qazına ehtiyacı var. Lakin, BƏƏ-nin Azərbaycana xüsusi diqqətinin arxasında başqa mətləblər var:

Birincisi, Azərbaycan regionun güc mərkəzinə çevrilib. Ona görə də, digər Asiya dövlətləri kimi BƏƏ də regionun vacib oyunçusunun yanında dayanmaq istəyir.

İkincisi, Azərbaycan Qərb-Şərq və Şimal-Cənub dəhlizinin ən vacib halqasıdır. BƏƏ də quru yolu vasitəsilə həm Şərqi Avropaya, həm də Qərbi və Mərkəzi Asiya dövlətlərinə can atır. Bu məsələdə isə BƏƏ-yə ən yaxşı və etibarlı tərəfdaş Azərbaycan ola bilər.

Üçüncüsü, Avropanın enerji təhlükəsizliyində vacib oyunçu olması Azərbaycanı BƏƏ-nin maraq dairəsinə salır. Çünki, BƏƏ TANAP və TAP layihələrinə qoşulmaq istəyir. Bu layihənin moderatoru isə Azərbaycandır.

Dördüncüsü, iki ölkə arasında ticarət dövriyyəsi ilbəil artır. 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 20.3 faiz artaraq 50.4 milyon dollara çatıb. 2022-ci il ərzində isə ticarət dövriyyəsində daha ciddi artımlar müşahidə olunub. Belə ki, bu ilin ilk 10 ayında ticarət dövriyyəsi 90.4 milyon dollara çatıb. Ötən ilin noyabr ayında daha 4.2 milyon dollarlıq ticarət nəticəsində ilk 11 ayında dövriyyə 94.6 milyon dollaradək yüksəlib. Ötən ilin ilk 11 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2021-ci ildəki illik dövriyyədən 87.6 faiz çox olub. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev BƏƏ Prezidenti ilə görüşdü - FOTO


Alternativ enerji istehsalında ortaq maraqlar

BƏƏ Azərbaycanda, xüsusilə də, bərpa olunan enerji sahəsinə yatırımların edilməsinə aktiv ölkələrdəndir. Bu sahədə qarşılıqlı münasibətlərin daha da möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda, BƏƏ sahibkarlarının işğaldan azad olunan ərazilərimizdə sərmayə qoyuluşlarında iştirakı da vacib istiqamətlərdəndir. Bütövlükdə, körfəz ölkələrindən Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb edilməsi prioritetdir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Eldəniz Əmirov bildirdi ki, Ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirliyi Azərbaycan üçün son 8 ildir ki, ciddi tərəfdaşlardan birinə çevrilib:

“Azərbaycan ciddi həcmdə alternativ enerji istehsalına ilk olaraq investisiya yatıran 2 ölkədən biri oldu. Belə ki, hələ ötən ilin martında BƏƏ-nın “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi. Hansı ki, bu investisiya layihəsinin dəyəri 225 milyon ABŞ dollarından çoxdur. İndiyə qədər isə BƏƏ-nin bizim ölkəmizə yatırdığı 2,5 milyard ətrafında bir investisiya həcmi var ki, bu da bizim onlara yatırdığımız investisyadan 6-7 dəfə çoxdur”.

İqtisadçı onu da qeyd etdi ki, bu ölkələrin bir-birinə verdiyi fayda baxımından hazırda BƏƏ Azərbaycan üçün daha faydalı hesab edilə bilər:

“Rusiya-Ukrayna müharibəsi səbəbindən Azərbaycanın ixracında ciddi problemlərin yaranması sirr deyil. Hətta yarıbayarı azalan ixrac məhsullarımız da var. Odur ki, hazırki məqamda həm ölkəyə investisiya cəlbi, həm yeni ixrac bazarı, həm xarici turist potensialı, həm iqtisadi zonalar üzrə təcrübə məsələləri və s. kimi bir sıra istiqamətlərdə bu ölkə bizim üçün potensial tərəfdaşdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

TƏCİLİ! Samuxda zəhərlənənlərin son durumu AÇIQLANDI

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı- Açıqlama-Fotolar

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

40 il sonra: Messi "şeytan ayağı" ilə qol vurub Maradonanın səhvini düzəldə bilərmi?

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Qonşunun bişirdiyi halva kənd sakinlərini xəstəxanalıq etdi... – Samuxdakı zəhərlənmənin TƏFƏRRÜATI

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Xankəndidə tapdığı sursatı laqunda ilə evdə doğradı, partlayış baş verdi: Otaq yoldaşı öldü

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Laricani İranı uzunmüddətli müharibəyə hazırlaşmağa çağırdı

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Qərb bölgəsində bir həftədə 3-cü QİDA ZƏHƏRLƏNMƏSİ

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Trampdan Putinə ÇAĞIRIŞ: "Vladimir, artıq dayanmağın vaxtıdır" – VİDEO

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Şirkətin 1,4 milyon manatını mənimsəyən dəstə üzvlərinə HÖKM OXUNDU

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Ceyhun Bayramov sabah Rusiyaya GEDƏCƏK

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

Zaqatalalı gənc Rusiyada faciəvi şəkildə HƏYATINI İTİRDİ

Ödənişsiz avtobusların sayı artırılacaq? – Rəsmi AÇIQLAMA

Ödənişsiz avtobusların sayı artırılacaq? – Rəsmi AÇIQLAMA

Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı

Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda külək güclənəcək – XƏBƏRDARLIQ

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Zelenski: Əsas məqsədimiz benzinsiz Rusiya deyil, Rusiyasız Ukraynadır

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Hikmət Hacıyev: “Şuşa mədəniyyət və ilham şəhəridir” – VİDEO

Haluk Leventdən səs-küylü etiraflar

Haluk Leventdən səs-küylü etiraflar

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

DSMF I yarımildə 1,1 milyard manatdan artıq vəsait ödəyib

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Bu vəzifəli şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olundu – FƏRMAN

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Tramp: “Putin sülh sazişi bağlamağa hazırdır” – VİDEO

Gəncədə gənc oğlan bıçaqlandı

Gəncədə gənc oğlan bıçaqlandı

End of content

No more pages to load

RADİO