Bu gün Davosda Dünya İqtisadi Forumu başlayır

Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (DİF) keçiriləcək.

Bizim.Media xəbər verir ki, 2021-ci ildə DİF-in iclası koronavirus pandemiyası səbəbindən onlayn keçirilib.

2022-ci ildə Forum COVID səbəbindən yanvar ayından may ayına ertələnib.

Təşkilatçıların qiymətləndirməsinə görə, bu il Davosa rekord sayda iştirakçı - 2,7 mindən çox insan gələcək. Forumun proqramına əsasən, yanvarın 17-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Çin Dövlət Şurasının Baş nazirinin müavini Lü Henin çıxışları gözlənilir.

Yanvarın 18-i çərşənbə günü BMT-nin Baş katibi Antoniu Quterreş və Almaniya kansleri Olaf Şolts çıxış edəcəklər. Cənubi Koreya Prezidenti Yun Sok Yol ertəsi gün çıxış edəcək.

Davosa Polşa Prezidenti Anjey Duda, NATO-nun Baş katibi Yens Stoltenberq, Serbiya Prezidenti Aleksandr Vuçiç, ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, ÜTT-nin baş direktoru Nqozi Okonco-İveala, həmçinin Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva səfər edəcəklər.

Rusiya nümayəndə heyəti Davos Forumunda iştirak etməyəcək. Belə ki, ötən ilin yazında DİF Ukraynadakı hadisələrə görə sanksiyalara məruz qalan insanlarla əlaqəni dayandırıb və Rusiyanın nümayəndələri ilə münasibətləri dondurub.

Davosda keçirilən Dünya İqtisadi Forumu (World Economic Forum) dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilatdır. Forumun təsisçisi və dəyişməz rəhbəri Cenevrə Universitetinin professoru Klaus Şvabdır. DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.

Qeyd edək ki, ötən əsrin 70-ci illərindən Davos qışda dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur

Livan: İsrail qüvvələri yaralı jurnalistlərə yaxın getməyə qoymur

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

DSK-nin anbarında 4,7 milyonluq planşet aşkarlandı

İsrail prezidenti Livana avtomobillə getməyi arzulayır

İsrail prezidenti Livana avtomobillə getməyi arzulayır

Daha bir xəstəxananın direktoru İŞDƏN ÇIXDI

Daha bir xəstəxananın direktoru İŞDƏN ÇIXDI

HAVAYA həssas olan insanların DİQQƏTİNƏ!

HAVAYA həssas olan insanların DİQQƏTİNƏ!

"Plastik əməliyyatla əzaları böyütmək görməmişlikdir"

"Plastik əməliyyatla əzaları böyütmək görməmişlikdir"

ABŞ bu ölkəyə DOLLAR axınını dayandırdı

ABŞ bu ölkəyə DOLLAR axınını dayandırdı

Bakıda bəzi yollar bu gecədən BAĞLANACAQ

Bakıda bəzi yollar bu gecədən BAĞLANACAQ

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

"Qarabağ"ın oyununa bütün biletlər satıldı

Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Ceyhun Bayramov Baiba Braze ilə görüşüb - FOTO

Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentdən latviyalı həmkarı ilə bağlı PAYLAŞIM - FOTO

Bakıda sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

Bakıda sinif yoldaşına xəsarət yetirən yeniyetmə HƏBS EDİLDİ

BARAT YUSUBOV vəzifəsindən azad ediləndən sonra MÜAVİNİ də ərizəsini yazdı

BARAT YUSUBOV vəzifəsindən azad ediləndən sonra MÜAVİNİ də ərizəsini yazdı

Şəhid Azər Mühübəli oğlu Burziyevin anım günüdür - FOTO

Şəhid Azər Mühübəli oğlu Burziyevin anım günüdür - FOTO

İran Trampın hədəfdə olduğu VİDEO yaydı

İran Trampın hədəfdə olduğu VİDEO yaydı

Hərbi xidmətdən yayınmaya görə CƏZALARA yenidən baxılacaq

Hərbi xidmətdən yayınmaya görə CƏZALARA yenidən baxılacaq

Xəzər dənizinə NAMƏLUM OBYEKT düşdü

Xəzər dənizinə NAMƏLUM OBYEKT düşdü

Bakıda hərbi hüquqşünaslarının işgüzar görüşü keçirildi - FOTO

Bakıda hərbi hüquqşünaslarının işgüzar görüşü keçirildi - FOTO

Mehriban Xanlarova: “Altı-yeddi aydır işsizəm, dostlarım məni darda qoymur” - EKSKLÜZİV

Mehriban Xanlarova: “Altı-yeddi aydır işsizəm, dostlarım məni darda qoymur” - EKSKLÜZİV

Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı – HƏBS edilən var

Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı – HƏBS edilən var

End of content

No more pages to load

RADİO