Vardanyan planının İFLASI – Ermənilərin Qarabağdan köçü başlayır

Əvvəlki yazılarımızda Qarabağda fəaliyyətini davam etdirən qondarma rejim daxilində klanlarası savaşın alovlandığını, problemlərin getdikcə daha ciddi şəkildə hiss olunacağını qeyd etmişdik. Və son günlərdə baş verənlər separatçılar arasında böhranın dərinləşdiyini daha aydın göstərir.

Belə ki, yanvarın 7-də separatçıların “Təhlükəsizlik Şurası”nın katibi, Xocalı cəlladı Vitali Balasanyan vəzifəsindən azad edildi. Qeyd olunur ki, Balasanyanın “vurulması” Rusiyanın Qarabağa göndərdiyi oliqarx Ruben Vardanyanın xeyir-duası ilə baş tutub. 
Dünən isə, sülhməramlıların müvəqqəti nəzarəti zonasında yaşayan pullu ermənilərin bölgədən qaçmağa başladığı xəbərləri gəlməyi başladı. Özü də onlar əliboş yox, götürə bildikləri qədər pullarını da daşıyıb aparırlar.

Bu cür şəxslərdən biri də Qriqori Qabrielyants idi.

Məlumat üçün qeyd edək ki, Qabrielyants sıradan bir erməni deyil, SSRİ-də nazir vəzifəsi tutmuş sabiq məmurdur. 88 yaşlı keçmiş nazir bir çemodan pulla, helikopterə minərək Xankəndindən Ermənistana qaçıb.

Vardanyan planının iflası...

Məlumdur ki, Ruben Vardanyanın Qarabağa göndərilməsinin bəlli məqsədləri var idi. Rusiya erməni oliqarxın gəlişi ilə bölgədə zor gücünə qalmış ermənilərə bir ümid işığı göndərməyi planlaşdırır, bununla da ermənilərin Qarabağdan qaçmasının qarşısını almağı hədəfləyirdi.

Vardanyan da milyardlarını Qarabağa daşımaqla həyatı xaricdən gələn pullardan asılı olan ermənilərə iş, maddi imkan yaradacaqdı. Bu da Rusiyanın Qarabağda daha uzun müddət qalmasına bəhanə olardı.

Amma göründüyü kimi, işlər heç də plan üzrə getmədi. Ələxsus da, azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolu üzərindəki dinc aksiyası işlərin nəzərdə tutulan formada davam etməsinin önünə əngəl çəkdi. Və artıq Qarabağdakı ermənilər Vardanyanın onlara fayda yox, zərər gətirdiyini hiss etməyə başlayıblar.

Bunun ilk nəticəsi də Qabrielyantsın Xankəndidən baş götürüb qaçması oldu. Yəqindir ki, siyasətin hər üzünü görmüş Qriqori Vardanyanın varlığının ermənilərə gətirəcəyi fəlakəti hamıdan əvvəl sezməyə başlayıb və çarəni aradan çıxmaqda görüb.

Böyük ehtimalla sıravi ermənilər də yavaş-yavaş bu reallığı dərk edəcəklər. Qabrielyants kimi imkanı olanlar mal-mülkünün götürə bildiyi qədərini də alıb Qarabağdan qaçacaqlar.

Bu vəziyyətdə, separatçıların böyüklərinin yaratmağa çalışdığı aclıq imitasiyası böyük ehtimalla reallığa çevrilməyə başlayacaq.
Bəs, geridə qalan erməni vətəndaşlarımızın durumu nə olacaq?

Sadə ermənilərin durumu nə separatçıların, nə də ki sülhməramlıların vecinədir. Onlar üçün Qarabağın sıravi sakinləri çirkin siyasətləri üçün alətdir. Ermənilər də gec-tez bu gerçəkliyi anlayacaqlar. Tək çıxış yolları isə Azərbaycanın təklifini qəbul etməkdir. Yəni, vətəndaşlığı qəbul edib, normal, insan kimi yaşamaq imkanı qazanmaq...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

End of content

No more pages to load

RADİO