Kreml SEÇİM QARŞISINDA – “Rusiya Ermənistandan hərbi bazasını çıxarsa...”

Son günlərdə Ermənistanda Rusiyaya qarşı etiraz aksiyaları yenidən alovlanmağa başlayıb. Xüsusilə də, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu erməni aksiyaçılarının etiraz hədəfinə tuş gəlib. Etirazçılar Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının önünə toplaşıb, şimal qonşumuzu işğalçı kimi təqdim etməkdən belə çəkinmirlər. 

Digər tərəfdən, Paşinyan hakimiyyətinin də etirazlarda maraqlı olduğu diqqətdən yayınmır. Vəziyyətin bu cür inkişafı isə müəyyən suallar doğurur:

Ermənistan iqtidarı etirazçıların dili ilə Rusiyanı hədəf almaqla hansı məqsədə nail olmaq istəyir?

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Amid Əliyevin fikrincə, Ermənistan cəmiyyətində Rusiyaya qarşı nifrət hissi II Qarabağ müharibəsindən sonra daha ciddi şəkildə hiss edilməkdədir: 

“Erməni cəmiyyətinin Rusiyaya qarşı nifrətinin əsasında Ermənistanın məğlub obrazı dayanır. Ermənilər sanki məğlub olmalarında Rusiyanın hərəkətsizliyini əsas səbəb kimi görürlər.

Son günlərdə isə Rusiyaya qarşı açıq-aşkar etirazların baş qaldırmasını daha bariz şəkildə erməni cəmiyyətində görmək olar. Belə ki, azərbaycanlı aktivistlərin Laçın dəhlizinə ictimai nəzarəti nəticəsində Ermənistanla qondarma qurum arasında əlaqə tamamilə itib. Dəhliz humanitar məqsədlər üçün açıq olsa belə, bu erməniləri razı salmır. Buna görə də əsas günakar rolunda Rusiya sülhməramlılarının olması ideyası erməni cəmiyyəti tərəfindən daha tez-tez ortaya atılır”.

Amid Əliyevin sözlərinə görə, etirazların bir digər səbəbi Ermənistanın Qərb, xüsusuilə də, Fransa tərəfindən Rusiyanın orbitindən çıxması istiqamətində həyata keçirilən siyasətdir:

“Ermənistanın KTMT-dən çıxmaq cəhdləri, Moskvada XİN səviyyəsində görüşdə iştirak  etməməsi əslində Rusiyaya qarşı diplomatik demarş kimi qiymətləndirilə bilər. Ermənistan bölgədə baş verən siyasi proseslərin əsas hərəkətverici qüvvəsi kimi Rusiyadan yaxa  qurtarmaqda və Qərbə yönəlmiş xarici siyasət yeritməkdə israrlıdırlar. Məhz bu səbəbdən, son günlər 102 saylı hərbi baza ətrafında çıxışlar daha da konsolidasiya olunmuş şəkildə təşkil olunur. 

Bunun da bir səbəbi var ki, əgər Rusiya Ermənistandakı hərbi bazasını çıxarsa, deməli özünün bölgədəki mövcudiyyətini itirmiş olacaq.

Nə bunu, nə də Qərbin Ermənistanda yerləşməsini Rusiya xoşluqla qəbul etməyəcək. Kreml buna imkan verməz. Və Ermənistanın siyasi rəhbərliyi bu reallığı olduqca gözəl anlayır.

Rusiya tərəfindən təklif olunan sülh gündəlyininin də Ermənistan tərəfindən qəbul olunamaması məhz bu səbəblərdən irəli gəlir. Beləliklə, Rusiya və Ermənistanın hər ikisi hal-hazırda ağır,taleyükklü seçim qarşısındadır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı - VİDEO

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

End of content

No more pages to load

RADİO