2023-cü il üçün MÜHARİBƏ EHTİMALLARI – İran Cənubi Qafqazda hərbi gücə əl ata bilərmi?

“2023-cü il beynəlxalq beyin mərkəzlərinin mümkün müharibələrlə bağlı hesablamaları ilə başladı. Siyahıda Azərbaycanla Ermənistan arasında mümkün hərbi toqquşma ehtimalı da qeyd olunub. Bununla belə, regionumuzda açıq hərbi toqquşma potensialının qaldığı, münaqişə riskinin heç də az olmadığı başqa aktorlar da var”

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov sosial şəbəkə hesabında yazıb.

Politoloq regionda müharibə ehtimalı olan tərəflərin adlarına da aydınlıq gətirib:

“- İran-Azərbaycan;

- İran Ermənistanla birlikdə Azərbaycana qarşı;

- Rusiya-Gürcüstan;

- Rusiyaya qarşı Azərbaycan-Gürcüstan tandemi;

- Rusiya və İran Azərbaycan-Gürcüstan-Türkiyə triosuna qarşı”.

Fərhad Məmmədovun fikrincə, Ukrayna müharibəsindəki qeyri-müəyyənlik Cənubi Qafqazda münaqişəyə səbəb ola biləcək prosesləri tətikləyir:

“Eyni zamanda, Rusiya müharibədə tam qələbə qazanarsa, uğurunu davam etdirmək üçün SSRİ-ni yenidən dirçəltmək ideyasını reallaşdırmaq riski yaranır. Rusiya məğlub olduğu təqdirdə də aqressiyasını Cənubi Qafqaza yönəldə bilər. Onu da başa düşmək lazımdır ki, Rusiyada resursların azalması və məhdudlaşdırılması regional güclərin bölgə uğrunda mübarizəsini tətikləyə bilər. Xüsusilə də, bu məsələdə İranı unutmaq olmaz. 

Digər tərəfdən, Rusiyanın Cənubi Qafqazda mövcudluğu digər oyunçuların təzyiqi altındadır: 

Xüsusən də, Türkiyə və ABŞ-Aİ tandeminin. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanacağı təqdirdə baş verməli olan proseslər (Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərinin açılması, Aİ-nin maliyyə paketlərinin ayrılması, ABŞ-ın Ermənistana cəlb olunması) Rusiyada optimizm yaratmayacaq. Moskva Ukraynada qələbə qazanacağı təqdirdə sülh müqaviləsinin yeni reallığını qəbul edə bilərdi, lakin indi bu, Rusiyanın maraqlarına uyğun deyil”.

Politoloq Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanacağı təqdirdə, İranın hərbi aktivliyi artırması ehtimalının olduğuna da diqqət çəkib:

“Lakin əsas sual budur: İran hərbi macəraya atılmağa cəsarət edəcəkmi? Bu baş verərsə, Azərbaycanın müttəfiqi Türkiyə, strateji tərəfdaşı Pakistan (nüvə silahına malik yeganə müsəlman ölkəsi) və Səudiyyə Ərəbistanı sadəcə narahatlıqlarını ifadə etməklə qalmayacaqlar. Və nəzərə almalıyıq ki, bütün bu ölkələr İranla həmsərhəddir.

İsraildə Benyamin Netanyahunun hakimiyyətə gəlməsi İran siyasətini də canlandırdı. Hazırda İrandakı daxili ziddiyyətlər gələcək eskalasiya üçün ən vacib şərtdir. Söhbət etirazların özündən yox, elitada bu etirazlara reaksiya ilə bağlı ziddiyyətlərdən gedir. Şərti olaraq qeyd edə bilərik ki, İranda iki qrup var: SEPAH-ın zəif təhsilli, lakin çox nüfuzlu rəhbərləri ilə təmsil olunan radikallar və hakimiyyətin rejimin yumşaldılması istiqamətində ən azı müəyyən addımlar atmasının tərəfdarı olan siyasətçilər, diplomatlar və regional qrupların nümayəndələri.

İstənilən halda, totalitar rejimlər sistemli islahatlara gedə bilməz, xüsusən də ideoloji sahədə. İdeologiyada “yenidənqurma” həmişə sistemin məhvinə gətirib çıxarır”.

Fərhad Məmmədov əlavə edib ki, Cənubi Qafqazda münaqişə ehtimalı Ukraynadakı müharibənin gedişatından, Rusiyanın resurslarının məhdudlaşdırılmasından və İranın proseslərə reaksiyasından asılı olacaq:

“Azərbaycanın indiki vəziyyətdə yeganə qabaqlayıcı addımı situasiya koalisiyalarının fəallaşması, silahlı qüvvələrin gücləndirilməsi və düşmənə maksimum ziyan vuran silahlar əldə etməsidir. Azərbaycana mümkün təcavüzün hücum edən tərəfə vuracağı zərər mümkün qədər artırılmalıdır. Bu istiqamətdə, keyfiyyətcə yeni bir silahın nümayişinin çox faydalı olacağını düşünürəm. Paralel olaraq, razılaşmaların qarantı qismində Türkiyənin iştirakı ilə İranla situasiyanın normallaşması mümkündür”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

End of content

No more pages to load

RADİO