Əli Əhmədov Braziliyanın vitse-prezidentinə: “Azərbaycan regionda lider dövlətdir”

Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov Braziliyanın yeni seçilmiş Prezidenti Luiz İnasio Lula da Silvanın və yeni vitse-prezident Jeraldo Alkminin təntənəli andiçmə mərasimində iştirak etmək üçün 2022-ci il dekabrın 31-dən 2023-cü il yanvarın 3-dək Braziliyada rəsmi səfərdə olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycanın Braziliyadakı səfirliyi yayıb.

Mənbə yazır ki, mərasimə çox sayda dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələr və digər rəsmi şəxslər qatılıblar.

Tədbirdə Əli Əhmədov Braziliyanın yeni Prezidentinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və təbriklərini çatdırıb, ölkəmizin Braziliya ilə münasibətləri daha da inkişaf etdirmək arzusunda olduğunu bildirib. Əvvəlki hakimiyyəti illərində və ondan sonra Azərbaycanın regional təhlükəsizlik və sabitliklə bağlı mövqeyini dəstəkləmiş Prezident Lulaya təşəkkür ifadə edilib, Braziliyanın bundan sonra da ölkəmizə siyasi dəstək verəcəyinə əminlik bildirilib.

Əli Əhmədov, həmçinin Prezident Lulanın xarici siyasət və təhlükəsizlik üzrə müşaviri, keçmiş xarici işlər və müdafiə naziri Selso Amorimlə də görüşüb, onunla iki ölkə arasında münasibətlərin perspektivləri barədə müzakirələr aparıb.

Yanvarın 2-də Baş nazirin müavini Əli Əhmədov Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin və xarici işlər nazirinin birinci müavini xanım Mariya Laura Roşa ilə görüş keçirib.
Görüşdə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın perspektivləri müzakirə olunub. Əli Əhmədov Azərbaycanın regionda lider dövlət olduğunu və ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirib.

Qeyd edilib ki, Azərbaycan rəsmiləri Braziliya ilə yeni siyasi və iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etməyə hazırdır və bunun qarşılıqlı fayda gətirəcəyinə inanır.

Həmçinin diqqətə çatdırılıb ki, bu il Braziliya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Bu münasibətlə ölkələrimizdə bir sıra tədbirlərin keçirilməsi, yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

End of content

No more pages to load

RADİO