Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana müntəzəm reyslər həyata keçirən aviaşirkətlərin stimullaşdırılması məqsədilə subsidiya mexanizminin işə salınması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə “report.az”a açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev bildirib.

Onun sözlərinə görə, sözügedən mexanizm hazırlıq mərhələsində olan turizm sahəsi üzrə yeni dövlət proqramında əks olunub.

"Dövlət proqramına Azərbaycana uçuşlar gerçəkləşdirən aviaşirkətlərə yönəlik subsidiya mexanizmini daxil etmişik. Əsas hədəf yeni istiqamətlər üzrə uçuşların başladılmasını və hazırda mövcud olan reyslərin sayının çoxaldılmasını stimullaşdırmaqdır. Beynəlxalq aviaşirkətlər yeni marşrut müəyyənləşdirərkən aeroport yığımları, xidmət haqları, vergi öhdəlikləri və sair məsrəfləri nəzərdən keçirir, daha əlverişli şərtlər irəli sürən ölkələrə üstünlük verirlər.
 

Bir sıra dövlətlər, o cümlədən Özbəkistan fəal subsidiya strategiyası tətbiq edərək aviaşirkətləri, turizm operatorlarını, otelləri və digər turizm sahəsi iştirakçılarını maliyyə baxımından dəstəkləyir. Biz də rəqabətədavamlılığımızı gücləndirmək məqsədilə bu sahədə dəstək mexanizmi formalaşdırmağı nəzərdə tuturuq", - deyə o qeyd edib.


R.Əliyev həmçinin vurğulayıb ki, yeni dövlət proqramında Azərbaycana aşağıbüdcəli ("low-cost") aviaşirkətlərin cəlb edilməsi də əsas prioritet istiqamətlərdən biri olaraq müəyyən olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

End of content

No more pages to load

RADİO