SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Sovet İttifaqının siyasi rəhbərlərinin ölümü hər zaman müəmmalı olub. Amma 20 ilə yaxın SSRİ-yə rəhbərlik etmiş Leonid Brejnevin ölümü barədə daha çox ehtimallar irəli sürülür.

Həmin ehtimalların ən inandırıcısı isə Brejnevin davamlı qəbul etdiyi həblərlə bağlıdır. Baş katibin şəxsi həkimi və SSRİ-nin Səhiyyə naziri olmuş Yevgeni Çazov mütəmadi olaraq Brejnevə plasebo həbləri içirdirdi.

Çoxları rəhbərin məhz bu həblərdən öldüyünü düşünür.

Bu ehtimal həqiqətə nə qədər yaxındır?

Yuxusuzluqla mübarizə aparan Leonid İliç gənc yaşlarından içkiyə meyl salmışdı. Doğrudur, o, yaşlandıqca spirtli içki istehlakını məhdudlaşdırmağa başladı. Hətta rəsmi qəbullarda araq etiketləri olan şüşələr Brejnev üçün xüsusi olaraq su ilə doldurulurdu.

Ona görə yuxusuzluğa qarşı Baş katibə başqa bir şey tövsiyə edildi. Bu da adi yuxu dərmanı idi.
 

"Nikita Xruşşov və Leonid Brejnev" kitabının müəllifi Olqa Qorşenkovanın sözlərinə görə, Leonid İliçi yuxu dərmanlarına öyrədən tibb bacısı Nina Korovyakova olub. Jurnalist və bioqraf Leonid Mleçinin sözlərinə görə isə Brejnev yuxusuzluqdan əziyyət çəkmirdi, sadəcə dərmansız yaşaya bilməyəcəyinə özünü inandırmışdı.


Buna baxmayaraq, 1968-ci ilə qədər Leonid İliçin səhhəti heç bir ciddi narahatlıq yaratmırdı. Lakin Çexoslovakiya ilə bağlı danışıqlar zamanı o, qəfildən yarı huşsuz vəziyyətə düşdü. Həkimlər bunun təkcə həddindən artıq işləməklə deyil, həm də güclü yuxu dərmanlarının istifadəsi ilə bağlı olduğunu iddia etdilər.

Sonradan məlum oldu ki, ölkə lideri dərmanlardan asılı vəziyyətə düşüb...

Diplomat Viktor Suxodrev Brejnevi tez-tez yuxulu gördüyünü xatırlayırdı, amma əslində onun əzələ atrofiyası inkişaf etmişdi və bu onun nitqinə də təsir etmişdi. Bununla belə Leonid İliç daha çox həb tələb edirdi və heç bir etirazı qəbul etmirdi.
 

Daha sonra Leonid Brejnev plasebo almağa başladı. Bu əsl əşya ilə eyni görünüşlü və qablaşdırılmış lövhə həblər idi. Bu plasebolar, ölkənin ən yüksək vəzifəlisi olan Brejnevin yerinə sonradan keçəcək Yuri Andropovun idarə etdiyi KQB laboratoriyasında Baş katib üçün xüsusi olaraq istehsal olunurdu. Leonid Brejnevin şəxsi mühafizəçisi Vladimir Medvedev ifadəsində plaseboların ona və həmkarlarına xeyli problem yaratdığını bildirdi.


Qeyd etmək lazımdır ki, 1982-ci ilin may ayında Andropov Mixail Suslovun ölümündən sonra Sov.İKP MK-nın katibi seçildikdən sonra KQB sədri vəzifəsindən istefa verdi. Buna baxmayaraq, Andropov Leonid İliçə həblər göndərməyə davam etdi. Bu, Baş katibin bir növ gündəlik vəzifələrindən biri idi.

Maraqlıdır ki, ölümündən bir müddət əvvəl Brejnev özünün gündəliyində Andropovdan yeni bir "sarı" həb aldığını yazmışdı. Buna görə də bəzi tarixçilər iddia edirlər ki, Yuri Vladimiroviçin Brejnevə plasebo əvəzinə "daha əhəmiyyətli bir şey" veribmiş. Bu da onun ölümünə səbəb olub.

Qeyd edək ki, Leonid Brejnevin ölümündən sonra Baş katibin həmişə yanında saxladığı kilidli portfeli onun yataq otağından Yuri Andropov götürüb. Ən azından, Brejnevin kürəkəni Yuri Çurbanov bunu iddia edib.
 

Üstəlik, "KQB sədri Yuri Andropov" nəşrinin müəllifi Sergey Semanovun sözlərinə görə, hamı Brejnevin ölümünü gözləsə də, bu, qəfil baş verdi. Leonid İliçin ölümünün axşamı artıq Siyasi Büroda iclas keçirildi və seçilməməsinə baxmayaraq, Andropov sədrliyi öz üzərinə götürdü.


Əlbəttə ki, hamı Brejnevin Konstantin Çernenko ilə dostluğundan xəbərdar idi, ona görə də hamı onu varis hesab edirdi. Lakin Andropov Brejnevin yerinə keçdi. Doğrudur, Andropovun da ömrü uzun olmadı. O, cəmi bir il sonra vəfat etdi və Konstantin Çernenko baş katib vəzifəsini tutdu. Lakin onun da səlahiyyət müddəti qısa oldu. 1985-ci ildə Çernenko da həyata “Əlvida” dedi.

Bu da səbəbsiz deyildi...

Çünki Çernenko hələ 1983-cü ildə Daxili İşlər Naziri Fedorçuk tərəfindən ona göndərilən hisə verilmiş balıqdan zəhərlənmişdi. Zəhərlənmə Baş katibin səhhətinə çox pis təsir etmişdi. Kreml həkimi Yevgeni Çazov daha sonra demişdi ki, o, Çernenkoya heç bir şəkildə kömək edə bilməz.

Maraqlıdır ki, bütün bu baş verənlərdən Mixail Qorbaçov xəbərdar idi. Nə təsadüfdürsə, Çernenkonun ölümündən həmən sonra o, Baş katib oldu.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

End of content

No more pages to load

RADİO