2023-cü ildə SÜLH GÖZLƏNTİLƏRİ – “Ermənistan sazişi imzalamağa məcbur olacaq”

Məlum olduğu kimi,  2022-ci il ərzində Azərbaycan-Ermənistan sülh danışıqları davam etsə də, yekun sülh sazişinin imzalanmasına nail olmaq bu il də mümkün olmadı. Qeyd olunan zaman kəsimində tərəflər arasında, müxtəlif tərəflərin moderatorluğu ilə çoxsaylı görüşlər keçirildi. 

Hətta Azərbaycan rəsmiləri ən yüksək səviyyədə il sonuna qədər sülh müqaviləsinin mümkünlüyünü də vurğuladılar. Prezident İlham Əliyev də okyabrda yerli telekanallara müsahibəsində Ermənistanın xoşməramlı olacağı təqdirdə, ilin sonuna qədər sülh müqaviləsi imzalana biləcəyini qeyd etdi.

Lakin Ermənistan xoşməram göstərmək yerin, danışıqlar prosesini daha da uzatmağı seçdi. İndi ümid 2023-cü ilədir.

Bəs, önümüzdəki il ərzində Ermənistanla yekun sülhə nail olmaq perspektivləri varmı?

Mövzunu Bizim.Media üçün şərh edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, 2023-cü ildə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivləri var:

“Çox təəssüf ki, Ermənistanın müstəqil qərar qəbul edə bilməməsi və bu ölkəyə xaricdən diqtə olunan imperialist maraqların imzalanacaq sülhün bir hissəsinə çevrilməsi real nəticə əldə olunmasına maneə törətdi. Buna baxmayaraq, Azərbaycan 2022-ci ildə sülh üçün yenə də qətiyyətli atdı. 13 sentyabr hadisələri də sülh üçün yeni perspektivlər yaratdı.

Eyni zamanda ekofəalların uzunmüddətli aksiyası müəyyən nəticələrə gətirib çıxardı ki, bunlar da sülh üçün şərtlər formalaşdırır. Yəni, mümkün sülhün yolu Azərbaycanın özünün bütün ərazilərində suveren hüququnu bərpa etməsindən keçir. Qarabağda ordumuzun keçirdiyi əməliyyatlar da, sentyabrda sərhəd təxribatlarına verilən cavab da nəhayət ekofəalların aksiyası da sülhə mane olacaq komponentləri bir-bir aradan götürür.
Nəticə etibarilə, Ermənistanın Azərbaycana qarşı mövcud olan iddiaları əsasında, sülh sazişi imzalamaq perspektivi sıfıra yaxınlaşır”.

Hikmət Babaoğlu 2023-cü ildə sülh müqaviləsinin imzalanması ehtimallarını da dəyərləndirib: 

“Düşünürəm ki, 2023-cü ildə Qarabağ ərazilərindən bütün erməni silahlı birləşmələrinin çıxarılmasına nail olunarsa və Azərbaycan mütəxəssisləri bütün ərazilərimizdə olduğu kimi, Qızılbulaq və Dəmirli yataqlarında da monitorinq keçirməyə başlayarsa, bu həm Qarabağın icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyası baxımından, həm də Ermənistanın illüziativ mövqeyi baxımından onlara həqiqəti bir daha anlatmış olacaq. Və artıq Ermənistanın beynəlxalq hüquqa söykənən sülhü imzalamaqdan başqa çarəsi qalmayacaq.

Ona görə də, Ermənistan bu həqiqətləri nə qədər tez dərk edərsə, sülh müqaviləsi bir o qədər tez imzalana bilər. Məsələn, Ermənistan başa düşdü ki, hər nə qədər Fransanın yaxud İranın istəklərinə və iddialarına əməl edəcəyi müddətdə sülh müqaviləsi imzalanmayacaq.
Onlar gördülər ki, bu təzyiqlər sadəcə sözdə qalır və Azərbaycandan heç bir güzəşt qoparmaq mümkün olmur. Ona görə də, Ermənistan öz mənafelərini düşünməlidir, Fransa, İran və digər güc mərkəzlərinin yox. Əgər bu reallığı qəbul edib, obyektiv nəticəyə gəlsələr, düşünürəm ki, 2023-cü ildə sülh sazişi imzalana bilər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

Həkim: “Samuxda zəhərlənənlər halva və südlü aş yeyiblər”

DİM rezidentura namizədlərinə müraciət etdi

DİM rezidentura namizədlərinə müraciət etdi

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

AQTA Samuxdakı zəhərlənmə ilə bağlı un sexində araşdırmalara BAŞLADI

Deputatın adından DƏLƏDUZLUQ

Deputatın adından DƏLƏDUZLUQ

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Slovakiya Prezidentinin Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Samuxda qidadan zəhərlənənlərin adları MƏLUM OLDU

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Slovakiya Prezidenti “Sea Breeze”də - FOTO

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

Deputat mandatından imtina edib, BYD-də işləməyə BAŞLADI

End of content

No more pages to load

RADİO