Azərbaycan-İran münasibətləri 2022-ci ildə - Nələrlə YADDA QALDI? 

“Azərbaycanla İran İslam Respublikası ilə hələ də tam müəyyən olunmayan məqamlar qalmaqda davam edir. Belə ki, bu il ərzində İranın həm siyasi və həm də radikal dini qolu tərəfindən Azərbaycana qarşı təhdidlər səsləndirildi. Hətta, İranın xüsusi xidmət və bir sıra güc orqanlarının ali rəhbər şəxsləri tərəfindən belə ölkəmizin ünvanına təhdid və təzyiq mesajları gəldi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İran razılığa gəldi - Azərbaycan BEYNƏLXALQ XAB olmağa bir addım da yaxınlaşdı


“Baxmayaraq ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında Ermənistanın siyasi manipulyasiyasına İranı alternativ olaraq seçməsi siyasəti və Araz çayı üzərində SES-nın birgə istifadəyə verməsi kimi təkliflərin qəbul edilməsi də bu təhdidləri azaltmadı və əksinə İran Araz çayı sahilində Azərbaycana əzələ nümyişi üçün hərbi təlimlər keçirdi”, - deyə politoloq əlavə edib.

Müsahibimiz qeyd edib ki, cənub qonşumuzun müvafiq addımlarına cavab olaraq, Azərbaycan və onun müttəfiqləri tərəfindən İranın siyasi və hərbi rəhbərliyinə qarşı sətraltı mesajlar ötürüldü: 

“Bundan sonra isə Ali Liderin müşaviri səviyyəsində üzrxahlıq və hətta Azərbaycanı dəstəkləyən fikirlər səsləndi. Lakin, bütün bunlara baxmayaraq bu günlərdə SEPAH tərəfindən tank birliklərinin təlim keçirməsi və şərti olaraq Bakıya hücum planının olması açıq aşkar elan edildi. Bundan əvvəl isə İran tərəfindən 14 nəfər xüsusi xidmət orqanı əməkdaşlarının Xankəndinə göndərilməsi onu deməyə əsas verir ki, İranın Azərbaycan qarşı siyasi münasibəti loyallıq, demokratik prinsiplər, qarşılıqlı etimad və etibar, ərazi bütövlüyünə hörmət və mehriban qonşuluq kimi dəyərlərdən xalidir.

Müsəlman dünyasında siyasi terroru və şovnizmin ünvanı kmi tanınan rəsmi Tehran özünə yaxın olan proksiləri ilə Azərbaycanda siyasi hakimiyyətin devirlməsi planını da işlədi ki, buna da Azərbaycan xalqının birliyi və ayıqlığı mane oldu”. 

Amid Əliyev İranın Azərbaycana qarşı olan bu münasibətinin əsasında dayanan səbəblərə də diqqət çəkib:

“Birincisi, İran tarixin bütün mərhələlərində Azərbaycanıln müstəqilliyinə qısqanclıqla yanaşıb. Azərbaycanı öz əyaləti kimi görüb və Ermənistanın işğalına həm açıq, həm də gizli şəkildə dəstək verib. Hətta 90-cı illərədə vasitəçilik missiyasını yerinə yetirəndə belə İranın Azərbaycana qarşı xəyanət etməsinin əsasında bu motiv dayanırdı.

İkincisi, Azərbaycanın bölgədə yaratdığı yeni siyasi reallıq İranın iqtisadi maraqlarına tam şəkildə ziddir. Belə ki, Zəngəzur dəhlizinin açılması İranın Ermənistan-Gürcüstan-Avropa xəttindən uzaq qalması ilə nəticələnə bilər. Bu İran üçün hazırki iqtisadi sanksiyaların hökm sürdüyü bir şəraitdə olduqca ağır zərbədir ki, buna nə siyasi, nə də ki dini xətt razı deyil.

Üçüncüsü, bölgədə Türkiyənin mövqeyinin artması və əsas faktora çevrilməsi arzuolunan deyil. Fars siyasətində təhtəlşüurda türk fobiyası mövcuddur. İndiki şəraitdə isə Türkiyənin bölgədə siyasi, iqtisadi və hərbi mövcudluğu İran təhlükəsizliyinə ciddi təhdid hesab olunur. Eləcə də bu fikirlər İsrail  haqqında da var. Hər iki dövlətin Azərbaycanın müstəqilliyi və sülh gündəliyinin dəstəklənməsi istiqamətində real dəstəyi var”.

Politoloqun sözlərinə görə, İran özünün iqtisadi maraqlarının təmin olunması və Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə və İsrailə qarşı olan fobiyaları fonunda Azərbaycanla düzgün siyasi  münasibətləri bərqərar edə bilmir. 

“Azərbaycanın bu məsələdə siyasəti və münasibəti dəyişməz olaraq qalmaqda davam edir. İranla bizi ortaq din, dil, tarix və mədəni əlaqələr birləşdirir. Bunların fonunda İranın işğalçı Ermənistanı dəstəkləməsi və ona dayaq olması məyusluq doğurur və İranla münasibətlərə daha dəqiq hesablanmış şəkildə və ehtiyatlı yanaşmanı tələb edir.
 

Lakin, yaddan çıxarmaq olmaz ki, Azərbaycan qalib dövlətdir və yeni nəsil silahlara sahib olmaqla hibrid müharibə aparmaq bacarığına malik olan peşəkar orduya sahibdir.


Milli təhlükəsizlik və maraqlara real təhlükələr olduğu şəraitdə Azərbaycan lazımi tədbirləri həyata keçirə bilər. Bunu İranın siyasi və dini idarəetmə aparatı nə qədər tez anlasa, bir o qədər münasib olar”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

End of content

No more pages to load

RADİO