İlham Əliyev Fransanın ədalətsiz siyasətinə “DUR” dedi – BMT Parisi GERİ ÇEVİRDİ 

Fransa Azərbaycan qarşısında rəsmi şəkildə geri çəkildi. Söhbət Fransanın BMT Təhlükəsizlik Şurasında qaldırdığı Laçın-Xankəndi yolundakı vəziyyətilə bağlı Qətnamə qəbulu prosesini dayandırmasından gedir. Qeyd edək ki, 2022-ci ilin sentybar hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nın gündəliyində “Ermənistanın BMT yanında Daimi nümayəndəsinin məktubu” adlı bənd daxil edilmişdi.

Müzakirələrindən dərhal sonra Fransa BMT TŞ-nın daimi üzvü və hazırda TŞ-nın sədri kimi Laçın-Xankəndi yolundakı vəziyyəti humanitar fəlakət kimi təqdim edən ermənipərəst mətn hazırlamışdı.
Fransızların müraciətinin hədəfi o idi ki, BMT TŞ Azərbaycana qarşı sanksiyalar tətbiq etsin. Ən azından Azərbaycana qarşı hansısa qətnamə qəbul edilsin. Lakin, son anda Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan etdi.

Bəs, Fransanın geri çəkilməsinin səbəbi nədir?

Birincisi, Azərbaycanın diplomatik hünəri. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət Fransanı mat vəziyyətində qoydu. İlham Əliyev təkcə Avropaya deyil, bütün sivilizasiyaya ədalətin harada olduğunu sübut etdi. Eyni zamanda, heç də hər zaman siyasi maraqların deyil, ədalətin yanında durmağı dünya dövlətlərinə xatırlatdı. 

Dəfələrlə Azərbaycan Prezidenti deyilənlərə və qol çəkilənlərə sadiqliyin nə qədər əhəmiyyətli olduğunu diqqətlərə çatdırdı və bəyan etdi ki, biz də szözümüz əməlimizlə müşahidə olunur.

Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında isə Fransanın yerini qəti şəkildə göstərdi:

“Təəssüf ki, Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, - Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur, bəli, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi, özü də bu xidmətlər, artıq dediyim kimi, əgər belə demək mümkündürsə, faydadan daha çox ziyan gətirən xidmətlər idi, Minsk qrupu heç bir iş görməyib, ərazimizin bir santimetr torpağı belə azad edilməmişdi, - Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi”. 

Artıq belə bir formatın mümkün olmadığını bildirən dövlət başçımız Makrona öz tövsiyyələrini də verdi:

“Mənim Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Buna görə də istərdim ki, həmkarlarımı bu vəziyyət barədə məlumatlandırım”.

Bundan başqa Azərbaycan Prezidenti bütün siyasi addımları ilə sübut etdi ki, Azərbaycanla güc dilində danışmaq dövrü keçib. Azərbaycan artıq müstəqil siyasət yürüdən, öz suveren hüquqlarını qoruya biləcək bir dövlətdir.
Burdan bir daha belə qaənaətə gəlmək olar ki, İlham Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasəti Fransanı məğlubiyyətə düçar elədi. 

Rəsmi Bakı təkcə Fransaya yox, bütün sivilizasiyaya göstərdi ki, artıq zaman dəyişib. Yeni reallıqlar ortaya çıxıb. Bu reallıqsa odur ki, Azərbaycan Avropa ilə Asiya arasında şah damar və nəfəslikdir. Regon və dünya üçün vacib olan bir dövlətlə güc dilində danışmaq olmaz.  Beləcə, rəsmi Bakı təkcə rəsmi Parisi küncə sıxmadı, həm də Fransa-Ermənistan tandemini darmadağın etdi.

Məhz Azərbaycan Prezidentinin israrlı və məntiqli siyasəti BMT TŞ-nin daimi və müvəqqəti üzvlərini Fransanı pat vəziyyətdə qoymağa məcbur etdi. Beləki, Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər. Beləliklə, Fransa səs azlığında qalıb. Bu isə Yelisey Sarayında oturanlar üçün sürpriz olub.

Fransa bu cəhdin iflasa uğramasından o qədər qəzəblənib ki, BMT-dəki daimi nümayəndəsini geri çağrımaq qərarına gəlib. Bu isə artıq Fransanın xarici siyasətini fiaskosu, böyük ölçüdə məğlubiyyətidir.
Bu əslində Makron hakimiyyətinin də özbaşnalığına verilən dərsdir. Fransa kimi bir dövlətin ayıblarının kifayət qədər çox olduğu halda, Emanuel Makronun bacarıqsız siyasəti onu daha çox ifşa etdi. İndi Fransa ya olanlardan dərs götürməli, ya da Makronla vidalaşmaq yolunu tutmalıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

End of content

No more pages to load

RADİO