Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət üçün Portal yaradılacaq

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı formalaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

- Proqramda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin effektiv təmini məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın (bundan sonra - Portal) formalaşdırılmasını 3 (üç) ay müddətində təmin etsin;

Portalda Nazirlər Kabinetinin təqdimatı əsasında Proqramda qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər üzrə bölgüsü), layihələrlə bağlı (texniki-iqtisadi, ekspertiza və s.) məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etsin;

Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini aparıb, nəticəsi barədə məlumatları ildə iki dəfə, hər ilin mart (2024-cü ildən) və sentyabr aylarının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətlən-dirilməsini aparıb, nəticəsi barədə məlumatları 2025-ci və 2027-ci illərin mart ayının 25-dək Nazirlər Kabinetinə təqdim etsin.

Proqramda nəzərdə tutulmuş işlər üzrə əsas icraçı orqanlar (qurumlar) aşağıdakıları təmin etsinlər:

- bu Sərəncamda göstərilən məlumatların ayda bir dəfə, hər ayın 5-dək Portalda yerləşdirilməsini;

- Proqramda nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məqsədilə rəhbərlərinin müavinlərindən ibarət məsul şəxslərin təyin edilməsini və bu barədə məlumatın Nazirlər Kabinetinə təqdim olunmasını;

- Proqramda nəzərdə tutulan icra müddəti iki il və daha artıq müddəti əhatə edən tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə, həmin müddətlər çərçivəsində illər üzrə bölgüsünün Nazirlər Kabinetinə təqdim olunmasını;

Proqramın həyata keçirilməsi ilə bağlı görülən işlər və nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə monitorinqin və qiymətləndirmənin həyata keçirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə ünvanlanması üçün Nazirlər Kabinetinə ildə iki dəfə hər ilin yanvar (2024-cü ildən) və iyul aylarının 25-dək məlumatların təqdim edilməsini.

Maliyyə Nazirliyi Proqramda nəzərdə tutulmuş tədbirlərin monitorinqinin və qiymətləndirilməsinin sifarişi və Portalın yaradılması xərclərinin maliyyələşdirilməsi ilə bağlı tədbirlər görsün.
Nazirlər Kabinetinin İşlər İdarəsi Proqramda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə müvafiq müqavilənin bağlanılmasını təmin etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

İki ölkə nüvə silahını qəbul etməyə hazır olduğunu ELAN ETDİ

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

End of content

No more pages to load

RADİO