Mətbuat Şurası Xankəndinə gedən 27 iranlı ilə bağlı İran səfirliyinə müraciət etdi

Mətbuat Şurası İranın Azərbaycandakı səfirliyinə müraciət edib.

Şuradan Bizim.Media-ya verilən məlumata görə, müraciətdə deyilir:

"Bir neçə gün əvvəl Azərbaycan mediasında noyabrın 24-də 14 nəfər İran vətəndaşının qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçməsi və ermənilərin yaşadığı bölgəyə daxil olması barədə məlumat yayıldı.
"Bunun ardınca Azərbaycan mediası həmin şəxslərin İran vətəndaşı olmasını təsdiqləyən faktlar, sənədlər də təqdim etdi. Eyni zamanda, sözügedən şəxslərin Qarabağdakı terrorçu ermənilərə təlim keçmək üçün gəldikləri barədə mülahizələrə də mediada geniş yer verildi.

Nəhayət, bütün bunlarla bağlı İranın Azərbaycandakı Səfirliyi tərəfindən lazımi açıqlama verilməsi tələbi ilə ortaya haqlı suallar qoyuldu. Səfirliyinin davamlı susqunluğu fonunda mediada noyabrın 30-da Azərbaycanın ermənilərin yaşadığı ərazisinə daha 13 İran vətəndaşının keçdiyinə dair faktlara əsaslanan məlumat yayıldı.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndinə gizli gedən İran agentləri ilə bağlı VACİB XƏBƏR – FOTO


Bu hadisə və İrandan Ermənistana silah satışı, sonradan həmin silahların Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçirilərək oradakı qeyri-qanuni erməni dəstələrinə çatdırılması məsələsi bu gün də Azərbaycan mediasının əsas mövzularından biri, cəmiyyətimizi dərindən narahat edən məsələlərdir.

Yaranmış durumda, istər-istəməz, belə bir qənaət formalaşır ki, İran təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi cəhətdən gücləndirməyə və ölkəmizin işğaldan azad olunmuş ərazilərində vəziyyəti gərginləşdirməyə çalışır.

Azərbaycan mediasının çoxsaylı müraciətlərinə baxmayaraq, İranın Azərbaycandakı Səfirliyinin indiyədək bu barədə hər hansı münasibət açıqlamadan susqunluq nümayiş etdirməsi dərin təəssüf və narahatlıq doğurur.

Ümid edirik ki, Azərbaycan mediası adından ünvanladığımız bu müraciət cavabsız qalmayacaq, İranın Azərbaycandakı Səfirliyi olaraq, qeyd edilən ciddi məsələlərə dair müvafiq rəsmi mövqe bildirəksiniz.
Əks təqdirdə, Azərbaycan mediası məlum hadisələrdə İranın neqativ rolunun olmasını həqiqət kimi qəbul etmək məcburiyyətində qalacaq və fəaliyyətini bütünlüklə bu reallığa əsaslanaraq quracaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Azərbaycanda 8 gün iş olmayacaq

Azərbaycanda 8 gün iş olmayacaq

“Bu xəbərə çox üzüldüm“

“Bu xəbərə çox üzüldüm“

Messiyə görə 1 dəqiqəlik sükut olacaq

Messiyə görə 1 dəqiqəlik sükut olacaq

Qaxda 47 yaşlı qadını ilan sancdı

Qaxda 47 yaşlı qadını ilan sancdı

Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Gəncədə yaşayış evi yandı - FOTO

Gəncədə yaşayış evi yandı - FOTO

Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

Cənubi Qafqazı dəyişən bir il - Qarşıdakı əsas vəzifə sülh sazişinin imzalanmasıdır

Cənubi Qafqazı dəyişən bir il - Qarşıdakı əsas vəzifə sülh sazişinin imzalanmasıdır

Bakıda qəza: "Hyundai" əks yola düşdü - VİDEO

Bakıda qəza: "Hyundai" əks yola düşdü - VİDEO

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Bakı Dövlət Universitetinin professoru vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin professoru vəfat etdi - FOTO

Sumqayıtda yaşayış binasında yanğın söndürüldü, 6 sakin təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın söndürüldü, 6 sakin təxliyə edildi - VİDEO

Mehr agentliyi Mucətabə Xameneinin VİDEOSUNU yayımladı

Mehr agentliyi Mucətabə Xameneinin VİDEOSUNU yayımladı

Bir il sonra görünən deyil, görünməyən DƏYİŞİKLİKLƏR

Bir il sonra görünən deyil, görünməyən DƏYİŞİKLİKLƏR

Niyə ilk zəng edən Tramp oldu? - Vaşinqton görüşündən sonrakı ilin yekunları

Niyə ilk zəng edən Tramp oldu? - Vaşinqton görüşündən sonrakı ilin yekunları

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

Türkiyə mətbuatı: “Müasir şəhərlərin belə həsəd aparacağı möhtəşəmlik! Qarabağ yenidən dirçəlir”

Türkiyə mətbuatı: “Müasir şəhərlərin belə həsəd aparacağı möhtəşəmlik! Qarabağ yenidən dirçəlir”

Azərbaycan sülh prosesini daha çox danışaraq deyil, əməli addımlarla irəlilədir

Azərbaycan sülh prosesini daha çox danışaraq deyil, əməli addımlarla irəlilədir

End of content

No more pages to load

RADİO