ATƏT-in Ermənistana göndərdiyi missiya mandatsız çıxdı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 2 ay sonra 21-27 oktyabr tarixlərində Ermənistana göndərilən və ilkin olaraq “ATƏT-in ehtiyacların qiymətləndirilməsi heyəti” adlandırdıqları qrupun təşkilatla əlaqəsi olmadığını bildirib.

Bizim.Media xəbər verir ki, təşkilat bu qrupun Ermənistana göndərilməsi barədə qərarın ATƏT-in müvafiq qərarverici orqanlarının və ya ATƏT-in katibliyi tərəfindən deyil, Fəaliyyətdə olan Sədrin şəxsi təşəbbüsü ilə verildiyini vurğulayıb.

ATƏT katibliyi qeyd edib ki, bu qrupun göndərilməsi üçün ATƏT-in qərarverici orqanı olan Daimi Şura tərəfindən qərar qəbul edilməyib, qrup ATƏT mandatına malik deyil, habelə onlar üçün ATƏT-in büdcəsindən hər hansı bir vəsait xərclənməyib.
Heyətin xərcləri büdcədənkənar vəsaitlər hesabına ATƏT-in bəzi iştirakçı dövlətləri tərəfindən fərdi şəkildə ödəndiyi diqqətə çatdırılıb.

Göründüyü kimi, Azərbaycan tərəfinin tutarlı səbəblər gətirərək bu məsələdə sərgilədiyi mövqe ATƏT tərəfini bir daha düşünməyə vadar edib.

ATƏT tərəfi bununla yanaşı, sözügedən qrupun göndərilməsi barədə elanı rəsmi internet səhifəsindən çıxarıb. Şübhəsiz ki, bu nəticənin əldə olunmasında Azərbaycan tərəfinin son iki ay ərzində apardığı iş xüsusi rol oynayıb.

Məlum olduğu kimi, 20 oktyabr tarixində Azərbaycan XİN-i bu qrupun göndərilməsi barədə ATƏT-in rəsmi internet səhifəsində dərc edilmiş məlumata istinadən sərt reaksiya vermişdi.

XİN bildirmişdi ki, belə bir heyətin göndərilməsi məsələsi ATƏT-in hər hansı bir kollektiv qərar verici orqanı tərəfindən heç zaman müzakirə olunmayıb və nəticədə bu barədə heç bir qərar qəbul edilməyib.
Heç bir ATƏT mandatına malik olmadan göndərilən bu heyət, Ermənistanın iddialarının əksinə, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilinməyəcəyi vurğulanmışdı.

Eyni zamanda, 30 ilə yaxın bir müddətdə Azərbaycana qarşı hərbi təcavüzün dayandırılması istiqamətində səylərin, hətta keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə aid olmayan məsələlər ilə bağlı missiyaların ATƏT tərəfindən bir qayda olaraq konsensusa istinadla qarşısının alınması kontekstində bu addımın ciddi sual doğurduğu XİN tərəfindən bildirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İTV-də baş direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu ELAN EDİLDİ

İTV-də baş direktor olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu ELAN EDİLDİ

İlqar Namazov İŞDƏN ÇIXARILDI - İcra başçısından ƏMR

İlqar Namazov İŞDƏN ÇIXARILDI - İcra başçısından ƏMR

Bakıda bu marşrut NAĞDSIZ ÖDƏNİŞƏ keçir

Bakıda bu marşrut NAĞDSIZ ÖDƏNİŞƏ keçir

Dördüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərovdan AÇIQLAMA – VİDEO

Dördüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərovdan AÇIQLAMA – VİDEO

Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi

Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi

Yüksək vəzifə verilən Natiq İbrahimov kimdir? - DOSYE

Yüksək vəzifə verilən Natiq İbrahimov kimdir? - DOSYE

Sənət adamları üçün qəbirstanlıq yaradılır? - VİDEO

Sənət adamları üçün qəbirstanlıq yaradılır? - VİDEO

Tramp: İranda lider yoxdur

Tramp: İranda lider yoxdur

Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI

Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI

Azərbaycanlı müğənni hicab bağladı - VİDEO

Azərbaycanlı müğənni hicab bağladı - VİDEO

Martın 15-də buraxılış imtahanı verənlərin NƏZƏRİNƏ! - Cavablar açıqlandı

Martın 15-də buraxılış imtahanı verənlərin NƏZƏRİNƏ! - Cavablar açıqlandı

Naxçıvan şəhərində SÜRÜŞMƏ: Ərazidə böyük çatlar YARANDI - FOTO

Naxçıvan şəhərində SÜRÜŞMƏ: Ərazidə böyük çatlar YARANDI - FOTO

Arxiyepiskop Baqrat Qalstanyanın həbs müddəti uzadıldı

Arxiyepiskop Baqrat Qalstanyanın həbs müddəti uzadıldı

Aİ ilə Tramp arasında yeni gərginlik yaranacaq - DETALLAR

Aİ ilə Tramp arasında yeni gərginlik yaranacaq - DETALLAR

Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ

Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı DƏYİŞDİRİLDİ

Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir

SON DƏQİQƏ! Bakıda bəzi məktəb və universitetlər distant təhsilə keçəcək

SON DƏQİQƏ! Bakıda bəzi məktəb və universitetlər distant təhsilə keçəcək

Trampdan ƏMR – “Hörmüzə mina yerləşdirən bütün gəmilər məhv edilsin” – FOTO

Trampdan ƏMR – “Hörmüzə mina yerləşdirən bütün gəmilər məhv edilsin” – FOTO

İsrailin Azərbaycandakı sabiq səfiri Corc Dikə vəzifə verildi

İsrailin Azərbaycandakı sabiq səfiri Corc Dikə vəzifə verildi

İmişlidə ağır qəza: Xəsarət alanlar var

İmişlidə ağır qəza: Xəsarət alanlar var

Prezidentdən Natiq İbrahimov ilə bağlı SƏRƏNCAM

Prezidentdən Natiq İbrahimov ilə bağlı SƏRƏNCAM

Məşhur biznesmenin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI

Məşhur biznesmenin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARI

Latviyalı politoloq: "Azərbaycan Avropa üçün strateji tərəfdaşdır" – EKSKLÜZİV

Latviyalı politoloq: "Azərbaycan Avropa üçün strateji tərəfdaşdır" – EKSKLÜZİV

Yamal mövsümün sonunadək sıradan çıxıb

Yamal mövsümün sonunadək sıradan çıxıb

End of content

No more pages to load

RADİO