Qarabağda UNESCO-nun missiyasının keçirilməsinə hazırıq - Azərbaycan XİN

“Azərbaycan həmişə UNESCO-nun dəyərlərini dəstəkləyib, təşviq edib, təşkilatın fəal üzvünə və güvənilir tərəfdaşına çevrilib”.

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ICOMOS Azərbaycan Milli Komitəsi, ICOM Azərbaycan Milli Komitəsi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda çıxışında deyib.

O bildirib ki, Azərbaycan UNESCO-nun 2021-2025-ci illər üçün icraedici şurasına üzv seçilib: 

“Ölkə UNESCO-nun qlobal təhsil koalisiyasına qoşularaq dünya səviyyəsində təhsilin inkişafına dəstək verib, bu məqsədlə bu təşəbbüsə 1 milyon dollar vəsait ayırıb. Həmçinin təşkilatın bir sıra proqramlarının həyata keçirilməsində iştirak edib, dəstəkləyib. Azərbaycan hökuməti Afrika İrsi Fonduna 100 min dollar ianə vermək töhfəsini üzərinə götürüb”.
Nazir müavini Azərbaycanın mədəniyyət nümunələrinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və artıq siyahıda Azərbaycan mədəniyyətini təmsil edən 19 obyekt olduğunu vurğulayıb.

"İki il əvvəl torpaqlarımız 30 illik işğaldan azad etdik. İşğal illərində Ermənistan sistemli şəkildə Azərbaycana aid mədəni sərvəti dağıdıb, qanunsuz şəkildə mənimsəyib. Siz Ağdam səfərində bunu görmüsünüz. 67 məsciddən 65 tamamilə məhv edilib. Ermənistanın mədəni irsimizə qarşı törətdikləri mədəni soyqrımıdır, UNESCO prinsiplərinin, beynəlxalq konvensiyaların pozulmasıdır", - deyə o bildirib.

M.Məmmədquliyev deyib ki, Azərbaycan təşkilatla işğaldan sonrakı dövrdə, yenidənqurma prosesi zamanı da əməkdaşlıqda maraqlıdır.
 

O xatırladıb ki, ISESCO bu il Azərbaycana azad texniki missiya göndərib:

“Biz azad olunmuş ərazilərdə UNESCO-nun müstəqil texniki missiyasının keçirilməsinə hazırıq, Ermənistan bunun qarşısını alır, prosesi siyasiləşdirir, Ermənistan bu addımlardan uzaq durmalıdır."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Təhsil krediti var – Bəs niyə minlərlə tələbə universitetdən uzaqlaşdırılır?

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Şəmkirdə 62 yaşlı kişini "tok" öldürdü

Azərbaycanda 8 gün iş olmayacaq

Azərbaycanda 8 gün iş olmayacaq

“Bu xəbərə çox üzüldüm“

“Bu xəbərə çox üzüldüm“

Messiyə görə 1 dəqiqəlik sükut olacaq

Messiyə görə 1 dəqiqəlik sükut olacaq

Qaxda 47 yaşlı qadını ilan sancdı

Qaxda 47 yaşlı qadını ilan sancdı

Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Referendum, Konstitusiya və İrəvanın mürəkkəb hesablamaları

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Azərbaycan imzası ilə SÜLH: Tarixi sammitdən yanacaq və tranzit yüklərə qədər

Gəncədə yaşayış evi yandı - FOTO

Gəncədə yaşayış evi yandı - FOTO

Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Mənzil bazarında hərəkətlilik: Kirayə qiymətləri nə qədər artıb?

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

Sabah dənizə getmək istəyənlərin nəzərinə!

Cənubi Qafqazı dəyişən bir il - Qarşıdakı əsas vəzifə sülh sazişinin imzalanmasıdır

Cənubi Qafqazı dəyişən bir il - Qarşıdakı əsas vəzifə sülh sazişinin imzalanmasıdır

Bakıda qəza: "Hyundai" əks yola düşdü - VİDEO

Bakıda qəza: "Hyundai" əks yola düşdü - VİDEO

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Bakı Dövlət Universitetinin professoru vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin professoru vəfat etdi - FOTO

Sumqayıtda yaşayış binasında yanğın söndürüldü, 6 sakin təxliyə edildi - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın söndürüldü, 6 sakin təxliyə edildi - VİDEO

Mehr agentliyi Mucətabə Xameneinin VİDEOSUNU yayımladı

Mehr agentliyi Mucətabə Xameneinin VİDEOSUNU yayımladı

Bir il sonra görünən deyil, görünməyən DƏYİŞİKLİKLƏR

Bir il sonra görünən deyil, görünməyən DƏYİŞİKLİKLƏR

Niyə ilk zəng edən Tramp oldu? - Vaşinqton görüşündən sonrakı ilin yekunları

Niyə ilk zəng edən Tramp oldu? - Vaşinqton görüşündən sonrakı ilin yekunları

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

Türkiyə mətbuatı: “Müasir şəhərlərin belə həsəd aparacağı möhtəşəmlik! Qarabağ yenidən dirçəlir”

Türkiyə mətbuatı: “Müasir şəhərlərin belə həsəd aparacağı möhtəşəmlik! Qarabağ yenidən dirçəlir”

Azərbaycan sülh prosesini daha çox danışaraq deyil, əməli addımlarla irəlilədir

Azərbaycan sülh prosesini daha çox danışaraq deyil, əməli addımlarla irəlilədir

End of content

No more pages to load

RADİO