Azərbaycan Prokurorluğunun beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığı davam etdirilir - FOTO 

15-17 noyabr tarixlərində İspaniya Krallığının paytaxtı Madrid şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) üçüncü iclası keçirilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, BMT nümayəndələri, habelə, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Böyük Britaniya, Türkiyə, Çin, Albaniya, Qazaxıstan, Özbəkistan və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Kamil Kamilli təmsil ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Bizim.Media-dan Baş Prokurorluğa TƏKLİF - FOTO


İclasda Şəbəkənin illik iş planının icra vəziyyəti, birinci iclasdan hazırkı dövrə qədər olan müddət ərzində korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunmuş nailiyyətlər, korrupsiyaya qarşı mübarizə aparan orqanlar arasında qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, müvafiq sorğuların cavablandırılması prosesinin sürətləndirməsinin təmin edilməsi məqsədilə yaradılmış Təhlükəsiz Rabitə Platformasının (Secure Communication Platform) funksiyalarının genişləndirilməsi və digər bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, görüş zamanı nümayəndələrimiz Azərbaycan Respublikasının Prokurorluğu tərəfindən beynəlxalq əməkdaşlığın ayrı-ayrı sahələri və həmin münasibətlər çərçivəsində görülmüş işlər, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş mütərəqqi islahatlar, sözügedən sahədə hüquq mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti və digər məsələlər barədə iştirakçıları məlumatlandırıblar.

Bundan başqa, iclas zamanı nümayəndələrimiz GlobE Katibliyinin rəsmiləri və eləcə də iştirakçı dövlətlərin nümayəndələri ilə görüşlər keçirərək korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektləri üzrə müzakirələr aparıblar.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

İsrail dronları vura bilən yeni silahını təqdim etdi - VİDEO

Türkiyə şirkəti Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Türkiyə şirkəti Ukraynaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək

Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO

Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - VİDEO

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA-sı vurulub

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA-sı vurulub

Şimali Koreyadan qadın briqadaları Rusiyaya gətirilir

Şimali Koreyadan qadın briqadaları Rusiyaya gətirilir

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Rus Pravoslav Kilsəsindən qadınlara "fətva": “İşsiz ərinizi danlamayın”

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ

Zelenski: Rusiyanın hər zərbəsinə cavabımız olacaq - VİDEO

Zelenski: Rusiyanın hər zərbəsinə cavabımız olacaq - VİDEO

Tramp: İranda iqtisadi vəziyyət pisləşir, razılaşmalar əldə olunacaq

Tramp: İranda iqtisadi vəziyyət pisləşir, razılaşmalar əldə olunacaq

Livan “Hizbullah”ı tərksilah edəcəyinə söz verdi - LAKİN BACARMADI

Livan “Hizbullah”ı tərksilah edəcəyinə söz verdi - LAKİN BACARMADI

Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

Vuçiç: "Avropa böyük müharibənin astanasındadır"

Sen-Trope Epşteynin Fransadakı cinayət fəaliyyətinin mərkəzlərindən biri olub

Sen-Trope Epşteynin Fransadakı cinayət fəaliyyətinin mərkəzlərindən biri olub

Türkiyədə meşə yanğınlarına görə 9 nəfər həbs edildi - FOTO

Türkiyədə meşə yanğınlarına görə 9 nəfər həbs edildi - FOTO

Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurdular - FOTO

Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurdular - FOTO

"Yol 60-cı illərdə çəkilib, baxan yoxdur" - Qobustan sakinləri çətin vəziyyətdə - VİDEO

"Yol 60-cı illərdə çəkilib, baxan yoxdur" - Qobustan sakinləri çətin vəziyyətdə - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: 11 avtobus marşrutunun dayanacağında dəyişiklik edildi

Sərnişinlərin NƏZƏRİNƏ: 11 avtobus marşrutunun dayanacağında dəyişiklik edildi

Elvinin MRT müayinəsinin nəticəsi açıqlandı

Elvinin MRT müayinəsinin nəticəsi açıqlandı

Gəncə-Kəlbəcər yolunda yük avtomobili ağaca çırpıldı - FOTO

Gəncə-Kəlbəcər yolunda yük avtomobili ağaca çırpıldı - FOTO

Botoksdan sonra gözləri əyildi

Botoksdan sonra gözləri əyildi

Kürdə batan 17 yaşlı qızın axtarışları aparılır

Kürdə batan 17 yaşlı qızın axtarışları aparılır

İran parlamentinin komitəsi Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqlədi

İran parlamentinin komitəsi Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqlədi

Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə bağlı yeni VİDEO

Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə bağlı yeni VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku başa çatdı

Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku başa çatdı

Avstriya Baş naziri sabah Türkiyəyə gedəcək

Avstriya Baş naziri sabah Türkiyəyə gedəcək

End of content

No more pages to load

RADİO