Ceyhun Bayramov Aİ-nin Şərq Tərəfdaşlığı üzrə elçisi ilə mina təhlükəsindən DANIŞIB - FOTO 

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə  Xarici işlər Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə, nümayəndə heyətində Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul səfirləri və xüsusi elçiləri təmsil olunub. 

C.Bayramov bu gün müsbət dinamika və intensivliklə xarakterizə olunan Azərbaycan-Aİ əlaqələrinin uğurla inkişaf etdiyini, rəsmi Bakının Aİ ilə Şərq Tərəfdaşlığı çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyib.

Aİ tərəfindən ölkəyə 2 milyard avroluq maliyyə paketinin ayrılmasının Azərbaycan tərəfindən müsbət qarşılandığını, gələcək investisiyaları birgə müəyyən etmək və prioritetləşdirmək üçün yüksək səviyyəli işçi qrupunun yaradılması təşəbbüsünün vacib olduğunu vurğulanıb. 

O, Azərbaycanla Aİ arasında bir çox sahələri, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini əhatə edən enerji dialoqunun mövcudluğundan bəhs edib, Aİ-yə qaz nəqlinin iki dəfə artırılmasını nəzərdə tutan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb. Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğunu və gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan nazir dövriyyənin daha da artırılması imkanlarından bəhs edib. 

C.Bayramov həmçinin post-münaqişə dövründən söz açaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, nəqliyyat və kommunikasiyaların açılması, sülh gündəliyi üzrə ölkənin baxışları barədə məlumat verib.

Digər səylərlə yanaşı, Aİ Şurasının Prezidentinin iki ölkə arasında konstruktiv mühitin yaradılması istiqamətində fəaliyyəti qeyd edilib. 

Görüşdə həmçinin mövcud mina təhlükəsi barədə məlumat verilərək problemin aradan qaldırılmasında Avropa İttifaqı və üzv dövlətlər tərəfindən səylərin göstərilməsinin vacibliyi vurğulanıb. 

Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Azərbaycanın bugünkü geosiyasi reallıqlar fonunda enerji təchizatçısı kimi artan rolundan bəhs edərək ölkənin Aİ-nin enerji təchizatının şaxələndirilməsinə, Avropa istehlakçılarının fasiləsiz, sərfəli və təmiz enerjiyə çıxışının gücləndirilməsinə töhfəsini yüksək qiymətləndirib. 

Həmçinin bildirilib ki, görüşdə Ermənistan Azərbaycan arasında normallaşma prosesinin Şərq Tərəfdaşlığı çərçivəsində daha geniş əməkdaşlığa yol açacağından əminlik ifadə olunub.

Vətəndaş cəmiyyəti kontekstində ölkənin etimad quruculuq tədbirlərində əhəmiyyəti vurğulanıb. 

Görüşdə tərəflər, Şərq Tərəfdaşlığının müasirləşdirilməsi, yeni imkanlar, həmçinin digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Dünya cəhənnəmə ÇEVRİLİR?

Dünya cəhənnəmə ÇEVRİLİR?

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ali Rada yeni hökumətin tərkibini təsdiqlədi

Ali Rada yeni hökumətin tərkibini təsdiqlədi

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Fələstinin Baş naziri Azərbaycana təşəkkür etdi – FOTO

Fələstinin Baş naziri Azərbaycana təşəkkür etdi – FOTO

Ukrayna Krımda Rusiyanın qırıcı təyyarəsini belə vurdu – ANBAAN VİDEO

Ukrayna Krımda Rusiyanın qırıcı təyyarəsini belə vurdu – ANBAAN VİDEO

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

End of content

No more pages to load

RADİO