Ukrayna Ali Radası Koretskinin təqdimatı ilə yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, qərar layihəsinin lehinə 264 xalq deputatı səs verib.
Yeni formalaşmış hökumətin tərkibi aşağıdakı kimidir:
Denis Şmıqal — Ukrayna baş nazirinin birinci müavini — energetika naziri;
Tatyana Berejnaya — Ukrayna baş nazirinin müavini – mədəniyyət naziri;
Vsevolod Çentsov — Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini,
Vitali Bezqin — İcmalar, ərazilər və məcburi köçkünlərin işləri üzrə nazir;
Matvey Bidnıy — gənclər və idman naziri;
Andrey Butenko — təhsil və elm naziri;
İvan Viqovski — daxili işlər naziri;
Taras Vısotski — aqrar siyasət və ərzaq naziri;
Nikolay Kalaşnik — bərpa, infrastruktur və nəqliyyat naziri;
Vitali Kim — veteranların işləri üzrə nazir;
Aleksandr Kravçenko — iqtisadiyyat və ətraf mühit naziri;
Viktor Lyaşko — səhiyyə naziri;
Sergey Marçenko — maliyyə naziri;
Denis Maslov — ədliyyə naziri;
Denis Ulyutin — sosial siyasət, ailə və birlik naziri;
Oksana Ferçuk — rəqəmsal transformasiya naziri.
Xatırladaq ki, xarici işlər naziri və müdafiə naziri vəzifələrinə namizədlər səsverməyə çıxarılmayıb
Bizim.Media