Ceyhun Bayramov Bolqarıstan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar QƏBUL ETDİ - FOTO 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Nazir Ceyhun Bayramov səfirin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Nazir iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi sahədə də dinamik inkişaf ilə müşayiət olunduğunu bildirib. 

Səfir Nikolay Yankov Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq münasibətlərinin dostluq və qarşılıqlı etimad şəraitində uğurla inkişaf etdiyini bildirib.  

Bu xüsusda, Azərbaycanla Bolqarıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiya şəhərinə səfərinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfir Nikolay Yankov Azərbaycanın Bolqarıstan üçün etibarlı tərəfdaş olduğunu qeyd edib. 

Görüşdə, həmçinin ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, nəqliyyat-tranzit istiqamətlərində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından müsbət töhfəsi vurğulanıb. 

Daha sonra nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə məlumat verib. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Dünya cəhənnəmə ÇEVRİLİR?

Dünya cəhənnəmə ÇEVRİLİR?

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ali Rada yeni hökumətin tərkibini təsdiqlədi

Ali Rada yeni hökumətin tərkibini təsdiqlədi

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Fələstinin Baş naziri Azərbaycana təşəkkür etdi – FOTO

Fələstinin Baş naziri Azərbaycana təşəkkür etdi – FOTO

Ukrayna Krımda Rusiyanın qırıcı təyyarəsini belə vurdu – ANBAAN VİDEO

Ukrayna Krımda Rusiyanın qırıcı təyyarəsini belə vurdu – ANBAAN VİDEO

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

End of content

No more pages to load

RADİO