17 Noyabr Meydan hərəkatının “KeQeBeşnikləri” – Onların əli ilə törədilən QƏTLLƏR

17 noyabr 1988-ci ildə başlayan Meydan hərəkatından bu gün 34 il keçir. Tariximizin ən şanlı səhifələrindən olan Meydan hərəkatı haqqında çox yazılıb, çox deyilib. Amma bütün yazılanların yekunu bu olub ki, Meydan hərəkatı ümumxalq birliyi ilə start götürsə də sonradan “xüsusi” adamların tribunasına çevrildi.

O zaman, Azadlıq meydanındakı tribuna “qəhrəmanları”nın bir çoxunun SSRİ xüsusi xidmət orqanlarının ağenti olduğu üzə çıxdı. Məsələn, o illərdə “Gənc tarixçilər”, “Polyaniçko məktəbinin məzunları”, “publisist” və digər şərti adlarla adamlar var idi. Hansı ki, sonradan onların çoxu hərakatın başına keçdi.

17 noyabrda “zaçot” alan jurnalistlər

Tale elə gətirmişdi ki, o illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyurdum. Biz qiyabi oxuduğumuz üçün noyabrda payız sessiyasına gəlirdik. Yadımdadır, noyabrın 17-də saat 12 radələrində Qədim və Orta əsr Azərbaycan ədəbiyyatı tarixindən “zaçot”umuz vardı. Müəllimimizsə professor Əliyar Səfərli idi. Rəhmətlik çox tələbkar idi. Auditoriyaya girəndə soruşdu ki, “kim “zaçot”a hazır deyilsə, ayağa qalxsın”. 
4 nəfər ayağa qalxdı. Biri də mən idim. Əliyar müəllim gülümsədi:

“Xoşum gəldi cəsarətinizdən, ona görə də sizi bir məsələdə də sınamaq istəyirəm. Bu saatlarda Lenin meydanında (o zaman adı belə idi) mitinq başlayır. Burdan çıxıb hamınızın ora getmənizi xahiş edirəm. Əvəzində mən də hamınız “zaçot” yazacam”.

Əliyar müəllim dediyini elədi. Biz də “zaçot”muzu alandan sonra meydana yollandıq. Tək bir tələbə yoldaşımız getmədi.

Sonralar Əliyar müəllimdən soruşdum ki, “niyə hərəkatdan uzaqlaşdınız?”. Qayıtdı ki, “ziyalı sözünü eşidən olmadı, ona görə”.

ADU mitinqlərin mayakı idi

Meydan hərəkatının lokomotivi Azərbaycan Dövlət Universitetinin olduğunu hər kəs yaxşı bilir. Bütün Universitet bu işə səfərbər olmuşdu. O zamankı rektor Mirabbas Qasımov üzdə mitinqə gedənləri asıb-kəssə də gizlincə bütün dekanlara tapşırmışdı ki, mitinqə gedən tələbə və müəllimləri incitməyin.

O zaman Jurnalistika fakültəsinin dekanı Akif Rüstəmov imkan vermədi ki, mitinqə gedən və bu üzdən dərsə gəlmiyən tələbələrə “qayıb” yazılsın. 

“Xudu daş qoyan yerə mən baş qoyaram”

Unudulmaz müəllim və görkəmli yazıçı Qulu Xəlilov mitinqin ilk günlərində bizə deyirdi ki, “qağa, o mitinqə Xudu Məmmədov gedirsə, biz niyə getmiyək. Xudu daş qoyan yerə mən baş qoyaram”.

Çox təəssüf ki, Meydan hərəkatındakı “xüsusi” adamlar Xudu Məmmədov, Qulu Xəlilov, Əliyar Səfərli və digər bu kimi insanları incik saldı. Hətta Meydan hərəkatı bəzi ziyalılarımız sonunu gətirdi.

“Xudu Məmmədovu Nemət Pənahlı öldürdü”

Meydan hərəkatının fəallarından olan Firudin Cəlilov bu yaxınlarda Bizim.Media-nın qonağı olarkən söylədi ki, milli hərəkatda Xudu Məmmədov kimi saf, təmiz və intelektli adam yox idi:

“Onun da ürəyini Nemət Pənahlı partlatdı. Bir gün mənə zəng elədi ki, “bəs filan yerdə iclas olacaq. Sən ora gələssən?” Dedim “yox, mən ora getmirəm. Sizə də getməyi məsləhət bilmirəm”. Rəhmətlik çox abırlı adam idi. Mənə qayıtdı ki, “yox, söz vermişəm, gərək gedəm”. Getdi. Axşam eşitdim ki, həmin iclasda əsəbiləşib və yerindəcə keçinib. Sonra həmin tədbirdə iştirak edənlərdən öyrəndim ki, tədbirə gedəndə Nemət (Pənahlı) onu yol boyu əsəbiləşdirib. İclasda da o vaxt bir Hatəmi vardı, o, sonra gerizəkalı Mənsur Əlisoy var idi, o, onu əsəbiləşdirib. Düşüblər bunun üstünə. Xudu müəllim də abırlı adam idi. Dözməyib, iclasdaca keçinib”. 
Nüsrət Kəsəmənli Meydan hərəkatından niyə getdi?

Meydan hərəkatında ən fəallardan biri də şair Nüsrət Kəsəmənli idi. Lakin, sonradan o da hərəkatdan çəkildi. Bir dəfə rəhmətlikdən soruşdum ki, “Nüsrət müəllim, o zaman xalq sizə sevirdi, sizə inanırdı. Bəs, niyə hərəkatdan çəkildiniz?”. Güldü. Qayıtdı ki, çünki mən “KQB”-nin adamı olmadım. Ona görə də hərəkatdan uzaqlaşdım. O zaman mənim qarşıma iki şərt qoyulmuşdu. Ya hərəkatda qalım və “KQB” ilə işləyim, ya da çıxım gedim. Mən də ikinci yolu seçdim".

Çox təəssüf ki, Meydan hərəkatında belə qaranlıq və xoşagəlməz hadisələr də oldu. Ziyalılar bu və ya digər şəkildə hərəkatdan uzaqlaşdırldı. O zaman, ziyalılarımız hərəkatda qalsa idi yəqin ki, itkilərimiz də az olardı. Ən azından 20 yanvar faciəsindən sovuşa bilərdik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Dünya cəhənnəmə ÇEVRİLİR?

Dünya cəhənnəmə ÇEVRİLİR?

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ali Rada yeni hökumətin tərkibini təsdiqlədi

Ali Rada yeni hökumətin tərkibini təsdiqlədi

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Fələstinin Baş naziri Azərbaycana təşəkkür etdi – FOTO

Fələstinin Baş naziri Azərbaycana təşəkkür etdi – FOTO

Ukrayna Krımda Rusiyanın qırıcı təyyarəsini belə vurdu – ANBAAN VİDEO

Ukrayna Krımda Rusiyanın qırıcı təyyarəsini belə vurdu – ANBAAN VİDEO

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

End of content

No more pages to load

RADİO