“DTX-nın Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilib – SƏRƏNCAM 

Prezident İlham Əliyev 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib: 

1. 1.2-ci bənddə “təhsilin əyani (gündüz) və qiyabi forması” sözləri “ali təhsil proqramları” sözləri ilə əvəz edilsin. 

2. 3.3-cü bəndin “e” yarımbəndindən “və elmi-pedaqoji” sözləri çıxarılsın. 

3. 4.6-cı bəndin “d” yarımbəndinə “buraxılışı” sözündən sonra “, dissertantların təhkim olunması” sözləri əlavə edilsin. 

4. 4.11-ci bənd üzrə: 

4.1. “d” yarımbəndində “imtahanlarının” sözü “attestasiyasının” sözü ilə, “İmtahan Komissiyasının” sözləri “Attestasiya Komissiyasının, ixtisaslaşdırılmış şuraların” sözləri ilə əvəz edilsin; 

4.2. “ə” yarımbəndində “müəyyən olunmuş qaydada “professor”, “dosent”, “baş elmi işçi” və başqa” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq” sözləri ilə əvəz edilsin; 

4.3. “g” yarımbəndi aşağıdakı redaksiyada verilsin: 

“g) dissertasiya mövzularını müəyyən edir, adyunktların və dissertantların fərdi iş planlarını təsdiq edir, müraciət etmiş şəxslər sırasından adyunkturaya qəbul və dissertant kimi təhkim olunma üçün namizədləri, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün namizədləri tövsiyə edir;”. 

5. 5.2-ci bəndə “nizamnamələri,” sözündən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsi,” sözləri, “normativ” sözündən sonra “hüquqi” sözü əlavə edilsin. 

6. 5.7-ci bənd üzrə: 

6.1. birinci abzasa “nizamnamələrində,” sözündən sonra “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və” sözləri, “normativ” sözündən sonra “hüquqi” sözü əlavə edilsin; 

6.2. ikinci abzasda “Respublika qanunvericiliyinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə”yə və digər normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin. 

7. 5.13-cü bənd aşağıdakı redaksiyada verilsin: 

“5.13. Akademiyada magistr dissertasiyalarının müdafiəsinin təşkili üçün ixtisaslaşdırılmış şuralar, habelə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün dissertasiya şuraları yaradılır.”. 

8. 6.1-ci bənd aşağıdakı redaksiyada verilsin: 

“6.1. Akademiyanın dəyişən heyəti Akademiyada təhsil alan kursantlar, dinləyicilər, adyunktlar və dissertantlardır.”. 

9. 6.2-ci bənd üzrə: 

9.1. birinci abzas aşağıdakı redaksiyada verilsin: 
“Kursantlar – Akademiyada ali təhsilin bakalavriat səviyyəsində təhsil alan, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçulardır.”; 

9.2. ikinci abzasa “əlavə təhsil” sözlərindən əvvəl “ali təhsilin magistratura səviyyəsinə qəbul olunmuş, həmçinin” sözləri əlavə edilsin; 

9.3. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin: 

“Dissertantlar ─ Akademiyada müstəqil surətdə dissertasiya işini yerinə yetirən hərbi qulluqçular və mülki şəxslərdir.”. 

10. 6.9-cu bənd üzrə: 

10.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin: 

“Akademiyada ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul, biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin və bakalavrların əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Akademiyada adyunkturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.”; 

10.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin: 

“Abituriyentlərin Akademiyaya ali təhsilin bakalavriat səviyyəsinə kursant qismində qəbul edilməsi Akademiya rəisinin, dinləyicilərin və adyunktların qəbul edilməsi (dissertantların təhkim olunması) isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri ilə həyata keçirilir.”; 

10.3. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin: 

“Müddətli həqiqi hərbi xidmət keçməyən şəxslər sırasından Akademiyaya qəbul edilmiş kursantlara “əsgər” hərbi rütbəsi verilir. Akademiyaya qəbul edilən hərbi qulluqçular, qəbulla eyni vaxtda həqiqi hərbi xidmətə daxil edilən abituriyentlər, habelə bakalavrlar sırasından Akademiyaya qəbul edilənədək həqiqi hərbi xidmət keçmiş və hərbi rütbə almış hərbi vəzifəlilər üçün həmin hərbi rütbələr saxlanılır.”. 

11. 6.17-ci bənd aşağıdakı redaksiyada verilsin: 

“Ali təhsilin bakalavriat və magistratura səviyyələrinin təhsil proqramlarını mənimsəmiş, dövlət attestasiyasından müvəffəq qiymət almış kursantlara və dinləyicilərə müvafiq olaraq “bakalavr” ali peşə-ixtisas və “magistr” ali elmi-ixtisas dərəcələri verilir, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil haqqında dövlət sənədi ─ diplom və döş nişanı təqdim edilir. Akademiyanın ali təhsilin bakalavriat və magistratura səviyyələrini bitirmiş, zabit hərbi rütbəsi olmayan məzunlarına Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri ilə “leytenant” ilk zabit hərbi rütbəsi verilir.”. 

12. 6.18-ci bəndin birinci cümləsində “Dövlət İmtahan Komissiyasının qərarı ilə fərqlənmə diplomu alan” sözləri “Akademiyada ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirən” sözləri ilə, “daxil” sözü “qəbul” sözü ilə əvəz edilsin. 

13. Aşağıdakı məzmunda 6.19-cu və 6.20-ci bəndlər əlavə edilsin: 

“6.19. Adyunkturada və ya dissertantlıq yolu ilə təhsilini başa çatdırmış və müvafiq elmi dərəcə almış hərbi qulluqçulara və mülki şəxslərə elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi ─ diplom verilir. 

6.20. Əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil alaraq müvafiq təhsil proqramlarını mənimsəmiş və imtahanlardan müvəffəq qiymət almış hərbi qulluqçulara “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd verilir.”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

Bir iynə, iki faciə - 5 aylıq hamilə qadının öldüyü evdən VİDEOREPORTAJ

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Argentina-İngiltərə matçı ilə bağlı daha bir insident – VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlim KEÇİRƏCƏK

Dünya cəhənnəmə ÇEVRİLİR?

Dünya cəhənnəmə ÇEVRİLİR?

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ülkər İsmayılova yüksək vəzifəyə TƏYİN OLUNDU

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?

Ali Rada yeni hökumətin tərkibini təsdiqlədi

Ali Rada yeni hökumətin tərkibini təsdiqlədi

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Çox məsum görünür, amma kartofun üzərinə qonsa... - Ölümcül ola bilər

Fələstinin Baş naziri Azərbaycana təşəkkür etdi – FOTO

Fələstinin Baş naziri Azərbaycana təşəkkür etdi – FOTO

Ukrayna Krımda Rusiyanın qırıcı təyyarəsini belə vurdu – ANBAAN VİDEO

Ukrayna Krımda Rusiyanın qırıcı təyyarəsini belə vurdu – ANBAAN VİDEO

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Rusiyada neft emalı zavodlarının 40%-i işləmir - Reuters

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Ramin Məmmədov: “Layihələrimizin başlıca məqsədi dünyəvilik prinsiplərinin qorunmasının təbliğidir”

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Əks effekt verən estetik PROSEDURLAR - Gəncləşmək istəyərkən niyə daha yaşlı görünürlər?

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Kiyevdə həyəcan siqnalı: Lyayen sığınacağda gizləndi

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Milyarderlər kapitallarını Rusiyadan çıxarır - SƏBƏB

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

Avropaya uzanan "kokain magistralı": Gizli narkotrafik sxemi İFŞA OLDU

End of content

No more pages to load

RADİO