ABŞ-da Zəfər Günü qeyd olundu - FOTO

ABŞ-ın Şimali Karolina ştatının Darem (Durham) şəhər meriyası 8 Noyabr tarixini Azərbaycanın Zəfər Günü elan edib. 

Bizim.Media xəbər verir ki, şəhər meri Eleyn O’Nilin imzaladığı bəyannamədə bildirilib ki, Darem şəhəri incəsənət və musiqi, biznes və maliyyə, hüquq və hökumət, təhsil və sosial xidmət, elm və tibb sahələrinin gücləndirilməsinə töhfələr verən qürurlu və parlaq Azərbaycan əsilli amerikalılar üçün doğma evə çevrilib. 

Qeyd edilib ki, Azərbaycan Dostluq Təşkilatı da Darem və Azərbaycan arasında mədəniyyətlərarası qarşılıqlı anlaşmanı təşviq etmək üçün çalışır:

“Amerika azərbaycanlıları şəhər sakinləri arasında Daremin müdafiəçilərinə və fəallarına çevriliblər. Onlar hamı üçün şəhərin və cəmiyyətin daha da yaxşı olmasına əmək sərf edirlər və bizim tarixi qonşularımızla münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərirlər”. 

Nəzərə çatdırılıb ki, 8 Noyabr tarixində Amerika azərbaycanlıları 2020-ci ildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının işğaldan azad olunması münasibətilə Azərbaycanın Zəfər Gününü qeyd edirlər.

Bu səbəbdən 2022-ci il 8 Noyabr tarixini Azərbaycanın Zəfər Günü elan etdiyini vurğulayan şəhər meri bütün sakinləri Darem şəhərinin həyatına böyük töhfələr verən Amerika azərbaycanlılarının bayramına qoşulmağa dəvət edib. 

Qeyd edək ki, bəyannamə Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib. Bəyannamə 12 noyabr tarixində Azərbaycan Dostluq Təşkilatının Zəfər Günü münasibətilə təşkil edəcəyi tədbirdə Adika İqbala təqdim olunacaq. 
Bundan əvvəl isə Nyu-York şəhərinin Bruklin inzibati rayonunun meriyası 8 Noyabr tarixini ABŞ-da ilk dəfə olaraq Azərbaycanın Zəfər Günü elan edib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

İran Trampın göydələnlərini və qolf klublarını HƏDƏF ALDI - FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Rza Zərrabla bağlı uzun illər davam edən məhkəmə işi YEKUNLAŞDI

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Sabah 4 mindən çox abonentin qazı kəsiləcək

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

Azərbaycanda internetin sürəti açıqlandı – Rəsmi göstəricilər

İtkin düşənlərin tapılması üçün işlər sürətləndirilir – Təcili tapşırıq

İtkin düşənlərin tapılması üçün işlər sürətləndirilir – Təcili tapşırıq

Belarusun xüsusi əməliyyat qüvvələrinin texnikaları Kərim Vəliyevə nümayiş etdirildi - FOTO

Belarusun xüsusi əməliyyat qüvvələrinin texnikaları Kərim Vəliyevə nümayiş etdirildi - FOTO

Ukraynanın istefa verən müdafiə nazirindən Baş komandana SƏRT MESAJ – VİDEO

Ukraynanın istefa verən müdafiə nazirindən Baş komandana SƏRT MESAJ – VİDEO

Kənardan mələk kimi görünsələr də... - Qəzəbi dünyanı alovlandıra biləcək BÜRCLƏR

Kənardan mələk kimi görünsələr də... - Qəzəbi dünyanı alovlandıra biləcək BÜRCLƏR

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Pasport şəklini telefonda saxlamayın- XƏBƏRDARLIQ

Yeni rəqəmsal platforma yaradılır - Komitə sədrindən AÇIQLAMA

Yeni rəqəmsal platforma yaradılır - Komitə sədrindən AÇIQLAMA

Bu il korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb – RƏSMİ

Bu il korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında yaxalanıb – RƏSMİ

Cəlilabadda AĞIR QƏZA – Yaralanan var

Cəlilabadda AĞIR QƏZA – Yaralanan var

Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

Narkotik ittihamı ilə saxlanılan İlyas Yalçıntaşın evindən görün nə tapıldı – FOTO

Narkotik ittihamı ilə saxlanılan İlyas Yalçıntaşın evindən görün nə tapıldı – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

İran İordaniya və Omandakı ABŞ bazalarını belə məhv edib – FOTOLAR

İran İordaniya və Omandakı ABŞ bazalarını belə məhv edib – FOTOLAR

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Xəstəxanaya yerləşdirilən Nəriman Həsənzadənin SON DURUMU

Tərtərdə AĞIR QƏZA – Ölənlər var

Tərtərdə AĞIR QƏZA – Ölənlər var

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Dünyanın ən çox ziyarət edilən 4 ölkəsi — BUNLARDIR

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

Süni intellektlə şəkillər düzəldib, qadınları şantaj etdilər – VİDEO

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

End of content

No more pages to load

RADİO