Cümşüd Nuriyevdən deputata İRAD – “Onların haqqını danmağa nə ixtiyarın var?”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 18 oktyabr müstəqillik aktının lehinə səs verənlərin cəmiyyətə qəhrəman kimi sırınmasını tənqid edib.

O həmçinin, həmin dövrdə digər respublikaların Azərbaycandan öncə müstəqilliklərini elan etməsinə də diqqət çəkib:

“Bilirsiniz ki, artıq 31 ildir, müstəqillik prosesinin gedişatı ilə bağlı bəzi insanları xalqımıza qəhrəman kimi sırımaq cəhdləri mövcuddur, amma etiraf edək ki, biz 18 oktyabrda müstəqilliyi tarixi proseslərin təbii axarında, SSRİ-nin dağılması fonunda yenidən əldə etmişik.
Hətta cənab İlham Əliyevin Füzuli ictimaiyyəti ilə görüşdə də səsləndirdiyi kimi, bu məsələdə çoxlarından da geri qalmışıq. Digər dövlətlər 1991-ci ilin mart ayından bu prosesə start vermişdi, hətta qonşu Gürcüstan aprel ayında müstəqilliyini elan etdi. Amma bizim o zamankı “üzdə olanlar” nə edirdi? Faktiki mövcud olmayan SSRİ-nin tərkibində qalıb-qalmamağı müzakirə edirdilər. Hətta bu məsələni referenduma çıxarmağı qərara aldılar. Budurmu qəhrəmanlıq?”

Deputatın fikrincə, müstəqillik bərpa edildikən sonra 18 oktyabrı Müstəqillik Günü kimi qeyd etməyə başladılar ki, bu da aşkar formada təxribat idi: 

“Biz əgər Müstəqillik aktında özümüzü xalq Cümhuriyyətinin varisi hesab edirdiksə, deməli əvvəllər müstəqil olmuşuq, 18 oktyabr isə müstəqilliyin 70 ildən sonra bərpa olunduğu gündür”. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında həmin dövrdə Müstəqillik Aktına səs verən Cümşüd Nuriyevin fikrincə, Bəhruz Məhərrəmovun tarixi bilikləri kasaddır:

“O, gedib tarixi oxusun, siyasətdən baş çıxarsın və bir də ağlına gələni danışmasın. İndi o çox rahatlıqla belə danışa bilər. Bəli, müstəqillik aktının lehinə səs verənlərə qəhrəman demək olmaz. Amma, bu aktın qəbul edilməsindən öncə, 1991-ci ilin martın 7-də SSRİ-nin saxlanılması əleyhinə cəmi 43 deputat səs verdi. Onlar qəhrəmandırlar. Heydər Əliyev də onların içərisində idi. Digər tərəfdən, 1918-ci ildə Azərbaycan Cümhuriyyət olub. Amma 1991-ci ildən Azərbaycan Respublikasıdır.

Yəni adların fərqi var.Tarixən 28 may birinci Azərbaycan Respublikasının yaranması günüdür. Oradakı müstəqillik məsələsilə 18 oktyabrda elan edilən müstəqilliyi qarışdırmaq tarixi aspektdən doğru deyil.
Ən ağır zamanlarda orada olan, hamısının taleyi sual işarəsi altında olan istiqlalçı deputatlara pensiya belə vermirlər. Onda Bəhruz müəllimdən soruşuram, biz deputat deyiliksə, hansı Müstəqilliyin Bərpası günündən danışırsan? Həmin 43 nəfər boynuna kəfən salaraq sovet dövrünün ən ağır vaxtında müstəqilliyə səs verdi, sənin nə ixtiyarın var ki, onların haqqını danasan. Nəinki, danışdığı 1918-ci il məsələsindən, Bəhruz Məhərrəmovun heç 90-cı illərə qədər olanlardan xəbəri olmayıb”.  

AXP sədri Pənah Hüseyn bu məsələ ilə bağlı susmağa üstünlük verdi:

“Bu məsələyə münasibət bildirməyə ehtiyac görmürəm. Belə məsələlərə şərh verməyə ehtiyac duymuram”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

End of content

No more pages to load

RADİO