Gözləri kor edən gün eynəkləri

Yayın qızmar vaxtlarında gözümüzü Günəşin şüalarından qorumaq üçün müxtəlif tipli eynəklərdən istifadə edirik. Lakin bu eynəklər həqiqətənmi gözümüzü Günəşin şüalarından qoruyur? Bax bu, bir qədər şübhə altındadır. 


Hazırda paytaxtımızda hər addımbaşı eynək satılan məkanlarla rastlaşırıq. İnsan orqanizminin ən zərif orqanı olan gözün mühafizəsi üçün istifadə edilən eynəklərin necə gəldi satılması isə ciddi təhlükə yaradır. Əksəriyyət bu eynəkləri seçərkən, əsasən onun formasına, rənginə diqqət yetirir. Rahatlıq və sağlamlıq isə ikinci plana keçir. 
Biz də bu cür eynəklər satılan məkanlara baş çəkib onların qiyməti və keyfiyyəti ilə maraqlandıq. Satışda 5 manata da eynək vardı, 20 manata da. Yalnız optikalarda eynəklərin qiyməti 50 manatdan başlayırdı.

Ucuz eynək satılan məkanlardan biri də "28 May" yeraltı ticarət mərkəzidir. Adının Orxan Nəbiyev olduğunu deyən satıcıdan eynəklərinin nə dərəcədə keyfiyyətli olduğunu soruşduq. Satıcı 5-10 manatlıq eynəyin heç birinin orijinal olmadığını dedi. Ancaq alıcılarının kifayət qədər olduğunu deyən satıcı onların gözə yaraşdığı üçün alındığını dedi: “Elə alıcı olur iki eynək alır. Hamı güzgüdə eynəyin ona necə yaraşdığına baxır, gözünə təsirinə yox. Mən hələ görməmişəm ki, müştəri desin ki, bu eynəyin gözə ziyanı ola bilərmi?”

Elə burada özünə eynək seçməklə məşğul olan Arzu Yusifova adlı alıcıdan eynəyin keyfiyyətindən xəbərdar olub-olmadığını soruşduq. O, eynəyi görünüşünə görə aldığını təsdiqlədi: “Keyfiyyətli eynəklər çox bahadır. Mənim gücüm 20 manatlıq eynək almağa yetir. Həm bu da pis deyil. Əsas odur yaraşır”.

“Nərimanov” metro stansiya yaxınlığında satılan eynək mağazasında isə digər mağazadan fərqli olaraq müştərilərə eynəyin gözə düşüb düşməməsini yoxlamaq üçün test edilirdi. Elə satıcılar da vardı ki, satdıqları eynəklərin Çindən gətirildiyini danmır və özlərinin də çox ucuz qiymətə aldığını etiraf edirdilər. Gözə ziyanlı olacağını bilə-bilə bu eynəkləri satan satıcılar “alıcılara zorla satmırıq ki” deyərək özlərinə haqq qazandırırlar.
Bəs eynək seçərkən nələrə diqqət etməliyik?

Mütəxəssislər bildirir ki, birinci növbədə rəngə və  çəkisinə fikir vermək lazımdır. Eynəklər nə tünd, nə də açıq rəngdə olmalı, yüngül, rahat və göz çuxuruna uyğun gəlməlidir. Eynək həmçinin qoruyucu xüsusiyyətə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, əksinə, rahatladan və istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultrabənovşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin. 
Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək xeyli çətindir. 

Amma qeyd olunanlarla yanaşı bəzi xüsusiyyətlərinə görə bunu təyin edə bilərsiniz. Məsələn, qəhvə rəngli eynək geyinmisinizsə və əgər eynək keyfiyyətlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Eynək gözə düşməyəndə isə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. 

Saxta eynəklər bazarımıza necə daxil olur?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu sahədə böyük problemlərin olduğunu dedi: “Brend eynəklərin öz testləri var. Bizim otağımızda da belə bir test var. Yaxşı eynək satanlar bu testi özləri ilə gəzdirir. Onlar eynəyi geyinəndə bu testdə adi gözlə görünməyən başqa bir şey görürlər. İstehlakçılar buna fikir verməlidir. Dünyanın bir çox ölkələrində eynək bazarı bu cürdür. Mən bu gün də təəccüb edirəm ki, Azərbaycan vətəndaşları, xüsusən də qadınlar qış aylarında maşına oturan kimi niyə qara eynək geyinirlər. Onlar bununla gözlərini kor edirlər. Bu sahədə böyük problemlər yaşanır. Əslində eynək geyinmək həkimlərin göstərişi, diaqnozu ilə olmalıdır”.
Musavat.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Azərbaycanın Türkiyədəki səfiri GERİ ÇAĞIRILACAQ

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

Bakının bu mərkəzi küçələrində işıqlar sönəcək

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

İranın sərbəst buraxılacaq aktivləri MƏLUM OLDU

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Meloni Trampla münasibətlərini düzəltmək İSTƏYİR

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Nigeriyada DƏHŞƏT: Qadın müəllimi diri-diri yandırdılar

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Bu BÜRCLƏR üçün böyük qazanc dövrü başladı

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Ronaldu tarix yazdı: Dünya çempionatında bir gecədə 5 REKORD

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

İsrail qoşunları Livanın bəzi mövqelərini TƏRK EDƏ BİLƏR

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Zirə” sabiq futbolçusunu geri qaytarır

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

“Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır...” - VİDEO

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Sumqayıtda 196 sürücü məsuliyyətə cəlb olundu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Azərbaycan ilk dəfə BMT-nin bu komitəsinə daxil oldu

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

Güclü istilər gəlir — Ekoloqdan xəbərdarlıq

End of content

No more pages to load

RADİO