Moderator.az xəbər portalı ölkə siyasətinin aktual mövzularından sayılan Milli Şura və onun vahid namizədinin müəyyənləşməsi ilə bağlı sorğu keçirib.
“Sizcə, Milli Şura vahid namizədlə seçkiyə gedə biləcəkmi?” sualına respondentlərin 63.46 faizi müsbət cavab verib.
Milli Şuranın vahid namizəd müəyyənləşdirə bilməyəcəyi qənaətini bölüşənlər isə ümumi respondentlərin 29.52 faizi olub.
Sorğu iştirakçılarının 7.011 faizi isə bu məsələyə rəy bildirərkən tərəddüd keçirdiklərini bildiriblər.
Beləliklə də rəyi soruşulanların böyük əksəriyyəti Milli Şuranın seçkilərə vahid namizədlə gedəcəyinə inandığını bildirib.