"Əti də dərmandır, buynuzu da" - Maral saxlayan fermerlə reportaj

Vladimir Meşşeryakov 75 yaşındadır. Əslən Qafqazdandır, daha dəqiq desək, Şimali Osetiyadan. Amma az qala, yarım əsrdir ki, Rusiyanın Altay Respublikasında məskən salıb.

Burda maral yetişdirməklə məşğuldur. Dediyinə görə, Sibirə köçmək və maral ferması yaratmaq “həyatda verdiyi ən yaxşı qərardır”x9d. Onu buralara çəkib gətirənsə Altayın “ecazkarlığı”x9d olub: “Ehtiraslı alpinist kimi məni bu ecazkar dağlıq ərazi çox cəlb edir”x9d.

“Altay mənim evimdir”x9d

Vladimir bu qərarı necə verdiyini xatırlayır: “1968-ci ildə aqronomluq ixtisasını bitirdikdən sonra bəzi əşyalarımı yığışdırıb, həyat yoldaşımı və uşaqlarımı özümlə götürərək Altaya köçdüm. O zaman gənc idik və xatırlayıram ki, bu qərarı qayğısız şəkildə, ani olaraq verdik. Mən səyahət edərək xoşbəxtlik axtaran gəncləri yüksək qiymətləndirirəm. İndiki zamanda gənclər bir işi görərkən çox düşünürlər və bizim dövrdəki kimi təşəbbüskar deyillər”x9d.

“Ani qərar verərək”x9d Altaya köçən Vladimir Meşşeryakov indi “Altay mənim evimdir”x9d söyləyir: “Burada evim, çiçəklənən biznesim və düz 1300 şimal maralım var. Bütün Rusiyada 50 min maral var, bizim təsərrüfat da ölkədə ən böyükdəndir. Oğlum və nəvəm də mənimlə çalışır. Qızım bizim şirkəti Moskvada təmsil edir, bizim ixrac işləriylə məşğuldur. Uşaqlarım mənim izimlə getdikləri üçün xoşbəxt və qürurluyam”x9d.

1000 dollara maral balası

Vladimir danışır ki, maralçılıq gəlirli sahə olsa da, çox ağır işdir. Maralları otarmağa çoxlu otlaq sahə gərəkdir, amma belə sahələr azdır: “Marallar da baha başa gəlir: maral balası təxminən 1000 dollardır. Yetişmiş maral yaşından və məhsuldarlığından asılı olaraq, 1600 dollardan 2500 dollar arasında dəyişir. Buna görə də ferma yaratmaq baha başa gələn biznesdir. Bu sahəyə həm də vergi tətbiq olunur”x9d.


İşin ağır tərəfi Dağlıq Altay kimi vəhşi təbiətli bölgədə heyvanları əhatə edən hasarların tikintisidir. Fermer Yeni Zelandiya kimi bəzi ölkələrdə elektrik hasarlarının qurulduğunu, amma Rusiyada bunun tətbiq olunmadığını bildirir: “Qorxuruq ki, marallar qorxub dağlara qaçarlar və onları geri qaytara bilmərik. Bunun əvəzində 2,5 metr hündürlüyündə hasarlar tikirik. Bununla belə, hərdən bəzi güclü marallar bu maneəni də yarıb keçirlər”x9d.

Buynuzları dərman maral

Fermer bir az da maralın faydalarından danışır: “Əsasən, insanlar maralın ən qiymətli hissəsinin əti deyil, buynuzu olduğunu düşünürlər. Koreyalılar və çinlilər ənənəvi təbabətdə maralın buynuzundan, vətərindən və quyruğundan faydalanırlar. Şimal maralının buynuzunu ildə bir dəfə kəsmək mümkündür. Hər maralın buynuzunu 10-15 il kəsmək olar. Buynuzların əsas hissəsini Cənubi Koreyaya ixrac edirik. Biz inanırıq ki, Rusiyada da maralın buynuzundakı qanın müalicəvi xüsusiyyətlərindən yararlanmaq mümkündür. Onu həyat tonusunu qaldıran pantokrinumun istehsalında istifadə edirlər. O, həm də immumitetin yüksəldilməsində, stressin salınmasında, qadın və kişilərdə sonsuzluq da daxil olmaqla, bir çox xəstəliklərin müalicəsində istifadə olunan pantogematogen-in əsas tərkib hissəsidir”x9d.

Maralın ətinə gəlincə, Vladimir Rusiyada onun yeyildiyini, ancaq bu heyvan növünün sayının azlığından əhalinin məişətdə ondan çox az yararlandığını deyir. Fermer maral ətini “sağlam və pəhriz əti”x9d adlandırır, qiymətinin də mal ətindən baha olmadığını əlavə edir.

Vladimir sağlamlığını maral ətinə borclu olduğunu boynuna alır: “İldə, ən azı, bir maral yeyirəm. Yarım əsrə yaxındır maral yetişdirməyimi nəzərə alsaq, özünüz hesablayın!”x9d/Azadlig.org/
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Nazir onu işdən ÇIXARDI

Nazir onu işdən ÇIXARDI

End of content

No more pages to load

RADİO