"Azərbaycan qazının dünya bazarına çıxarılmasında Türkiyədən təşəbbüs gözlənilir" - Çavuşoğlu

“Hər kəs Azərbaycan qazının dünya bazarına çıxarılması məsələsində Türkiyədən təşəbbüs gözləyir".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, dünyadakı münaqişələrin 60 %-i Türkiyənin olduğu regionda baş verir:

“Türkiyə “taxıl böhranı” razılaşması ilə ərzaq böhranını həll etdi. Bu gün enerji böhranının həll edilməsində mühüm rol oynayırıq”.
Çavuşoğlu bildirib ki, Türkiyədən gözləntilər böyükdür: "Hər kəsin gözü, qulağı bizdədir”.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qaz Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitə ilə Avropaya nəql edilir.

878 km-lik boru kəməri İtaliyaya çatmazdan əvvəl Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək Türkiyə-Yunanıstan sərhədində Kipoidə Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir. Kommersiya istismarına başlayandan bəri qaz kəməri artıq Avropaya 12 milyard kubmetrdən çox qaz nəql edib.

Bunun 10 milyard kubmetrdən çoxu İtaliyaya, 2 milyard kubmetrdən çoxu isə Yunanıstan və Bolqarıstana nəlq edilib.

TAP Cənub-Şərqi Avropa ölkələrinin qaz təchizatına, o cümlədən mümkün birləşdirici boru kəmərlərinin tikintisi hesabına töhfə verir.

Xüsusilə, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) kommersiya fəaliyyətinə başladıqdan sonra Bolqarıstan ümumi qaz tələbatının əhəmiyyətli hissəsini TAP vasitəsilə ödəyə biləcək. Yunanıstan və Albaniya, eləcə də İtaliyadakı TAP çıxış məntəqələri Avropa bazarlarına Azərbaycandan əlavə qaz almaq üçün çoxsaylı imkanlar təklif edir.

Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Pakistanın ilk kosmonavtı bu tarixdə Çinin orbital stansiyasına yola düşəcək

Avropa niyə Ukraynanı "Patriot”la təmin etmir? - SƏRT AÇIQLAMA

Avropa niyə Ukraynanı "Patriot”la təmin etmir? - SƏRT AÇIQLAMA

Seulda güclü yağışlar: Uçuşlar təxirə salındı

Seulda güclü yağışlar: Uçuşlar təxirə salındı

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 2 min nəfəri keçdi - VİDEO

Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 2 min nəfəri keçdi - VİDEO

Trampın reytinqi tarixi minimuma düşdü

Trampın reytinqi tarixi minimuma düşdü

Bakıda 21 yaşlı oğlan bıçaqlandı

Bakıda 21 yaşlı oğlan bıçaqlandı

Fars körfəzi ölkələri İrandan dəymiş ziyanı ödəməsini tələb etdi

Fars körfəzi ölkələri İrandan dəymiş ziyanı ödəməsini tələb etdi

"Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə etdi - VİDEO

"Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə etdi - VİDEO

Zelenski: "Ukrayna ordusu Rusiyanın ələ keçirdiyindən daha çox ərazini azad edib"

Zelenski: "Ukrayna ordusu Rusiyanın ələ keçirdiyindən daha çox ərazini azad edib"

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Türkiyənin iki çarter reysi Rusiyaya eniş edə bilmədi - 400-dən çox sərnişin ÇƏTİN DURUMDA

Türkiyənin iki çarter reysi Rusiyaya eniş edə bilmədi - 400-dən çox sərnişin ÇƏTİN DURUMDA

Aeroport yolunda "Changan" qəzadan yayınmaq istəyərkən divara çırpıldı - VİDEO

Aeroport yolunda "Changan" qəzadan yayınmaq istəyərkən divara çırpıldı - VİDEO

Trampdan İsrail seçicilərinə çağırış:"Bibi sizi heç vaxt məyus etməyəcək"

Trampdan İsrail seçicilərinə çağırış:"Bibi sizi heç vaxt məyus etməyəcək"

İtaliyada iğtişaşlar zamanı 200-ə yaxın şəxs saxlanıldı

İtaliyada iğtişaşlar zamanı 200-ə yaxın şəxs saxlanıldı

Altı il öncə bu gün – 18 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 18 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Zelenskidən Trampın nümayəndələrinə təcili TELEFON ZƏNGİ

Zelenskidən Trampın nümayəndələrinə təcili TELEFON ZƏNGİ

Çətin vəziyyətə düşən şəxs belə xilas edildi - VİDEO

Çətin vəziyyətə düşən şəxs belə xilas edildi - VİDEO

Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək?

Vens 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyəcək?

Çin bunu da bacardı: Robot at - VİDEO

Çin bunu da bacardı: Robot at - VİDEO

İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO

İranın yeni müdafiə naziri: "Barmağımız tətikdədir, müharibəyə hazırıq" - VİDEO

End of content

No more pages to load

RADİO