İran Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsinə niyə susur? – Aydın SƏBƏB

Ermənistan dağ-mədən sənayeləri yerləşən Qafan və Qaçaran şəhərlərindəki müəssisələrin tullantılarını Araz çayınıa axıtmaqda yenə davam edir.

Qacaran şəhərində istismar edilən mis-molibden yatağının tullantıları Oxçuçayı, Aqarak şəhərindəki mis-molibden və qızıl yatağı isə Xarçevan çayına gedir.

Hər iki çay isə Araz çayına qovuşur.
 

MÖVZU İLƏ BAĞLI:

Araz çayının üzərində “Xudafərin” və “Qız Qalası” SES-ləri kimdən ötrü tikilir? – TƏHLİL


Ermənistanın əsas filiz ixracatçıları Azərbaycan, Gürcüstan və İranın ekoloji vəziyyətinə təhlükə yaradan “Zangezur Copper-Molybdenum Combine (CJSC)”, “Agarak Copper Molybdenum Combine” CJSC, “Akhtala Mining and Processing Enterprise” CJSC, Teghout Armenia şirkətləridir.

Ən çox çirklənmə isə Oxçuçay vasitəsilə həyata keçirilir. Ağır sənaye tullantıları axıdılan bu çay da ərazimizdə Araza birləşir.

Araz çayı isə Kür çayına birləşənə qədər kilometrlərlə İran-Azərbaycan sərhədi boyu axır. Onun suyundan İran da istifadə edir və Ermənistanın Araz çayında törətdiyi ekoloji fəlakət bu ölkəyə də ziyan vurur.

İran tərrəf bu fəlakətin fərqindədir, çünki ingilisdilli “Tehran Times” nəşri hələ 2019-cu ilin noyabrında yazıb:

“İran üçün böyük kənd təsərrüfatı və turizm əhəmiyyətinə malik olan transsərhəd Araz çayı Ermənistandan axıdılan çirkab suları ilə çirkləndirilir. Araz Qafqazda ən böyük, İran üçün isə ən vacib çaylardandır. Son onilliklər ərzində Ermənistandakı zavodlardan ağır metalların axıdılması nəticəsində çay çirkaba çevrilib və ölkə əhalisi üçün təhlükəlidir”.
Həmin yazıda o da qeyd olunur ki, İran hakimiyyəti münasibətləri korlamamaq üçün şikayət etməsə də, vəziyyət bu cür davam edə bilməz. Bu məsələ ya iki ölkə arasında razılaşma əsasında, ya da beynəlxalq müdaxilə nəticəsində həllini tapmalıdır.

İranın bu sahədə eksperti Əhməd Baybordinin mətbuata açıqlamasına görə, bir neçə il əvvəl Təbriz Universiteti və İranın Kənd Təsərrüfatı Nazirliyinin tədqiqat mərkəzinin birgə monitorinqi nəticəsində çayın ağır metallarla çirklənməsi aşkar edilsə də, məlumat ictimaiyyətdən gizlədilib.

Ermənistan-İran hökumətlərarası birgə işçi qrupunun 2019-cu ilin noyabrında Təbrizdə keçirilən iclasında Araz çayının çirklənməsinin qarşısının alınması məsələləri müzakirə olunub.

İranın energetika naziri 2021-ci ilin mayında bəyan edib ki, İrəvan tullantıların Araza atılmasını dayandırmaq üçün kifayət qədər addımlar atmır.

Nazir Reza Ərdakanian deyib ki, ölkəsi artıq bir neçə ildir, Ermənistanın Araz çayını çirkləndirməsinin qarşısını almağa çalışır, lakin nəticə yoxdur.

Ölkənin baş prokuroru Məhəmməd Cəfər Montazeri 2022-ci ilin mayında İrəvana səfəri zamanı mətbuata açıqlamasında bildirib ki, Ermənistana səfəri zamanı ən mühüm mövzulardan biri Araz çayının çirklənməsi olub.

Həmin görüşdə Araz çayının çirklənməsini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Bu ilin iyul ayında Ermənistanın ətraf mühit nazirinin İrana səfəri zamanı iki ölkənin ekologiya rəhbərləri “Daha yaxşı gələcək naminə ekologiya sahəsində əməkdaşlıq” mövzusunda müzakirələr aparıblar.

İranın Ekoloji Risklər və Davamlı İnkişaf Assosiasiyasının üzvü, səhiyyə və ekoloji böhranlar sahəsində ekspert Məhəmmədrza Məhbubfər Azərbaycan mətbuatına açıqlamasında Ermənistanın Araz çayını çirkləndirməsindən narahat olduqlarını deyib:

“Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsi davam edə bilməz. Tezliklə vəziyyətdən çıxış yolları tapılmalıdır. Hesab edirəm ki, İran və Ermənistan tərəfindən Araz çayının çirklənməsini izləmək üçün komissiya yaradılmalı, çirklənmənin həcminə nəzarət etmək üçün Araz çayının çirkləndirilməsində hər bir ölkənin payı müəyyən edilməli, bu prosesin davam etməsinin qarşısı qəti surətdə alınmalıdır".
Amma görünən odur ki, müxtəlif səviyyələrdə müzakirələr aparılsa da İran Ermənistana qarşı hər hansı sanksiya tərbiq etmək fikrində deyil.

Hər iki tayda əsasən Azərbaycan əhalisinin bu sudan zəhərləndiyini nəzərə alsaq, bu məsələdə İranın da yürütdüyü siyasətin mahiyyəti üzə çıxar. Yəni, erməni qardaşlarının “şıltaqlığı” Tehran rejiminin hardasa ürəyincədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Abşeronda yaşayış binasında partlayış - FOTO/VİDEO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

Quba və Qusarın dağ kəndlərinə ötən gecə də qar yağıb - FOTO

İlon Mask dörd övladının anasından ayrıldı

İlon Mask dörd övladının anasından ayrıldı

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

Ben Affleki Şakira ilə tanış etməyə çalışıblar - Aktyor isə..

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

XİN Lesotonun Müstəqillik Gününü təbrik etdi

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Tramp senatorun telefon nömrəsini dərc etdi - SƏBƏB

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 4 oktyabr – VİDEO

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Almaniya kansleri Kiyevə gəldi - 1 milyard avroluq yardım edəcək?

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

End of content

No more pages to load

RADİO