"Qurani-Kərim"i təhqir edən türkiyəli komediyaçı Dəniz Göktaşın cinayət işi üzrə ilk məhkəmə iclasında hökm elan olunub. Ona ümumilikdə 1 il 7 ay 5 gün həbs cəzası verilsə də, məhkəmə eyni zamanda onun həbsdən azad edilməsinə qərar verib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, Göktaş "cinayəti və cinayətkarı tərifləmə" ittihamı üzrə bəraət alıb.
Məhkəmə onu "dini dəyərləri alçaltma" ittihamı üzrə 7 ay 15 gün, "prezidenti təhqir etmə" ittihamı üzrə isə 11 ay 20 gün həbs cəzasına məhkum edib.
Qeyd edək ki, komediyaçı İstanbulda səhnə aldığı çıxış zamanı Qurani-Kərim və dini dəyərlərlə bağlı səsləndirdiyi ifadələrə görə iyulun 3-də həbs olunub. (lent.az)
Bizim.Media