Kürdəmirdə ildırım vurması nəticəsində bir nəfər ölüb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Şıxımlı kəndində baş verib.
Belə ki, ərazidə çobanlıq edən Ağsu rayonunun Qasımbəyli kənd sakini, 1975-ci il təvəllüdlü Hacalıyev Zahir Vahid oğlunu ildırım vurub.
O, hadisə nəticəsində həyatını itirib.
Bizim.Media