Avqustun 16-na keçən gecə Moskva vilayətinin pilotsuz uçuş aparatları ilə kütləvi hücuma məruz qaldığı bildirilir.
Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, region üzərində 190-a yaxın PUA vurulub.
Rusiya tərəfi hücumun ilin əvvəlindən bəri ən genişmiqyaslı hücumlardan biri olduğunu açıqlayıb.
Hücum fonunda Wildberries şirkətinin 229,5 min kvadratmetr sahəsi olan ən böyük logistika kompleksində də genişmiqyaslı yanğın baş verib.
Bizim.Media