Bu ilin ilk altı ayında azərbaycanlı səyahətçilərin Gürcüstanın turizm sahəsinə xərclədiyi vəsaitin həcmi 107,6 milyon ABŞ dollarına çatıb.
Bizim.Media Gürcüstan Milli Bankının göstəricilərinə əsaslanan xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % artım deməkdir.
Bölgü üzrə baxdıqda, ilin ilk üç ayında (I rüb) azərbaycanlı ziyarətçilərdən 48,1 milyon dollar, növbəti üç ayda (II rüb) isə 59,5 milyon dollar gəlir götürülüb.
Yarımildə Gürcüstanın turizm sənayesindən əldə etdiyi ümumi qazanc 1 milyard 931,6 milyon dollara yüksəlib. Əldə olunan nəticə Azərbaycanı Gürcüstana ən çox turizm gəliri qazandıran ilk 5 ölkə sırasına daxil edib.
Siyahıda liderliyi 335,7 milyon dollarla (ümumi payın 17,4 %-i) Avropa İttifaqı ölkələri və Böyük Britaniya tutur. İkinci sıradakı Rusiya 307,1 milyon dollar (15,9 %), üçüncü yerdəki Türkiyə 255,1 milyon dollar (13,2 %), dördüncü Pillədəki İsrail isə 222,7 milyon dollar (11,5 %) töhfə verib.
Bizim.Media