Türkiyədə tələbələri daşıyan avtobusla minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, yerli KİV-in məlumatına görə, qəza nəticəsində ümumilikdə 19 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və digər operativ xidmətlər cəlb olunub. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.
Hazırda hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.
Bizim.Media