60 milyon dollarlıq mənimsəmə ilə bağlı suala belə CAVAB VERDİ

Türkiyədə "Ahbap" xeyriyyə dərnəyinə qarşı aparılan genişmiqyaslı təhqiqat çərçivəsində həbs olunan məşhur müğənni və xeyriyyəçi Haluk Leventin prokurorluğa verdiyi ifadənin təfərrüatları məlum olub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən idarə olunan "Ahbap" dərnəyi dosyesi üzrə dindirilən Haluk Leventə qarşı "Başaran Holding"in İdarə Heyətinin sədri Hüseyn Başaranın şikayəti əsasında ağır ittihamlar irəli sürülüb.

İddiaya görə, hazırkı bazar dəyəri təxminən 60 milyon dollar olan 22 mülk Haluk Levent və onunla əlbir olan digər şübhəlilər tərəfindən qanunsuz yollarla mənimsənilməyə cəhd edilib. Haluk Levent prokurorluqdakı dindirilməsi zamanı sözügedən əmlakların köçürülməsində fırıldaqçılıq olması barədə iddiaları qəti şəkildə rədd edib.

Baş verənlərin tamamilə kommersiya münasibətləri çərçivəsində olduğunu müdafiə edən sənətçi ifadəsində bu sözləri deyib:

"Bu məsələ sırf ticari münasibətdən ibarətdir. Mən heç bir cinayət törətməmişəm, günahsızam."

Tanınmış ifaçının vəkili də cinayət işində qeyd olunan rəqəmlərə və ittihamlara etiraz ediblər. Daşınmaz əmlakların ümumi dəyərinin 60 milyon dollar olması iddiasını qəbul etmədiklərini bildirən vəkil bütün satış və rəsmiləşdirmə prosedurlarının hər iki tərəfin tamamilə azad və hüquqi iradəsi əsasında reallaşdırıldığını vurğulayıb.
 

Qeyd edək ki, biznesmen Cem Başaranın "Ahbap" dərnəyinin rəhbəri Haluk Leventə qarşı prokurorluğa etdiyi şikayət ərizəsində, təxminən 60 milyon dollar dəyərindəki mülklərinin fırıldaqçılıq yolu ilə mənimsənildiyi iddia olunmuşdu.


Şikayətdə qeyd edilirdi ki, şübhəlilər "kimsəsiz qız tələbələr üçün yataqxana tikiləcəyi" və xaricdən fond daxil olacağı vədi ilə çox sayda əmlakın transferini həyata keçiriblər, lakin qarşı tərəfə heç bir ödəniş edilməyib.

İddiaya əsasən İstanbul, Trabzon və Karamanda yerləşən cəmi 22 daşınmaz əmlak əvvəlcə Yeliz Kayaya, daha sonra isə Esin Önder Çağlayan və onunla əlaqəli şirkətlərə ötürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda silahlı toqquşmalar başladı – VİDEO

İranda silahlı toqquşmalar başladı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Bakı-Qazax yolunda “Mercedes” yandı – VİDEO

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Yumurta qutularını torpağa basdırmağa başlayıblar

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

Bu şəxslər vergidən azad edildi – Siyahıda kimlər var?

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Pensiya kapitalını istifadə etmək istəyənlərin nəzərinə

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Bu ölkədə subaylara hökumət sevgili tapacaq - FOTO

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Hansı rayonda neçə nəfər işlə təmin olunub? – Rəsmi AÇIQLAMA

Ət bazarında vəziyyət DƏYİŞİR

Ət bazarında vəziyyət DƏYİŞİR

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldular

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Hicabsız konsert vermişdi - Ağır cəzalandırıldı

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Tramp: “İran nə vaxtsa təslim olmaq qərarına gələcək”

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Naxçıvanda skuterlə motosiklet toqquşdu - 3 yaralı var

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Ötən gecə Xəzər dənizində zəlzələ olub

Onlar da doğma yurda qayıdır – FOTO

Onlar da doğma yurda qayıdır – FOTO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 30 sentyabr – VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

End of content

No more pages to load

RADİO